-Diqqətsiz, yazı səhvləriylə dolu, qarmaqarışıq və ya çox qısa cümlələr qurmaq.
-Eposta ünvanında geceninkizi@..., disiseytan@... kimi mənasız adlar istifadə etmək.
-İctimai paylaşma saytlarındakı profil məlumatlarının deşifr olacağını bilməmək, sonradan peşman olmaq.
-Cib telefonunu yazmamaq.
-Aydın olmayan qısaltmalar etmək.
-İnternetdəki tərcumeyi halını kopyalayaraq göndərərkən formatı pozaraq mətnin açılmamasına səbəb olmaq.
-Məktəb illərində etdiyi işləri kiçik hesab edərək yazmamaq.
-Şagirdlik məlumatlarını ayrıca yazmamaq.
-Yanıldıcı məlumat vermək. (İngiliscə kursuna getdiyi Boğaziçi Universitetini məzun olunan məktəb olaraq yazmaq!)
-İstinadlara ailə dostlarını yazmaq.
-Heç tanımadığı adları havalı olsun deyə istinad göstərmək.
-Musiqi dinləməyi və alver etməyi hobbi sanmaq.
-Qırx ildə bir getdiyi teatrı hobbi olaraq ifadə etmək.
-Yoldaşlarıyla əylənərkən çəkdirdiyi fotoşəkili qoymaq.