Forex: mif və reallıqlar

0
1967
Forex: mif və reallıqlar

Foreks – məzənnə satışı ilə məşğul olan açıq elektron sistemdir.

Məzənnə dəyişməsi bir sıra səbəbələrdən asılıdır – müqavilələrlə hesablşamalardan tutmuş, daha aşağı faizlə bank krediti almaq imkanınadək.

Daimi məzənnə dəyişməsi tələbinin olması ilə əlaqədar vahid telekomunikasiya sistemi yaradılmışdır ki, millonlarla insan burada dünyanın istənilən yerində məzənnə dəyişməsini həyata keçirə bilirlər.

Dünya miqyasında bu əməliyyatlar toplusu FOREX (Foreign Exchange Market- beynəlxalq məzənnə bazarı) adlandırılır.

Hər gün bu elektron sistemdə funt (GBP), avro (EUR), dollar (USD), yen (JPY), kanada dolları (CAD), avstraliya dolları (AUD) və sair məzənnələrlə əməliyyatlar aparılır. Bu bazarda banklar, investorlar, marketmeykerlər məzənnə alıb satırlar.

Məzənnə bazarının formalaşması ilə, məzənnə dövriyyəsindən pul qazanmaq imkanı yaradan biznes yaranmışdır. Bu işlə məşğul olan investorları treyder (al-verçi) adlandırırlar.

Son 3 onillikdə FOREX ən böyük maliyyə bazarına çevrilmişdir, onun gündəlik dövriyyəsi trillionlarla ABŞ dolları təşkil edir. Əsas məzənnə bu bazarda ABŞ dolları (USD), avro (EUR), yapon yeni (JPY), isveçrə frankı (CHF) və ingilis funtudur (GBP).

Məzənnə bazarının iştirakçıları arasında banklar, beynəlxalq korporasiyalar, müxtəlif fondlar, individual investprlardır. Hal-hazırda millionlarla insanlar bu maliyyə bazarında əməliyyatlar keçirirlər.

Lakin ekspertlər Foreks bazarına tələsik girməyi məsləhət bilmirlər. Foreks bazarında 5% faiz treyder qazanırsa, 95% treyderlər uduzurlar.

Bazar olduqca aldadıcıdır. 5% uğurlu treyderlərin gəliri məhz 95% uğursuz treyderlərin hesabınadır. Bu səbəbdən tez bir zamanda uğurlu treyder olmaq imkansızdır. Bunun üçün 2 il təlim keçmək lazımdır.
 

ŞƏRH YAZIN