Hansı səhvləriniz peşəkar nüfuzunuzu məhv edə bilər?

0
2445
Hansı səhvləriniz peşəkar nüfuzunuzu məhv edə bilər?

Günümüzdə iş tapmaq çətin məsələdir, eləcə də bu işi qoruyub saxlamaq. Son dövrün tədqiqatları edə biləcəyiniz 5 səhvin peşəkar nüfuzunuzu anındaca məhv edə biləcəyini göstərir.


1. İş təklifini qəbul edib,sonra rədd etmək: İnsanlar bəzən bir iş təklifini qəbul edib, sonra daha yaxşı bir iş tapmaq ümidi ilə intervyulara getməyə davam edir, yeni bir imkan yaranan kimi əvvəlki işi rədd edir. Bu hal sözünüzün ağası olmadığınızı göstərir və iş aləmində sizin haqda mənfi təəssürat yaradır.


2. İş yerində özünüzə nəzarəti itirmək: Bəzən hirslənmək, məyusluğa uğramaq normaldır, lakin qışqır-bağır salmaq, qapıları çırpmaq, insanları təhqir etmək qəbuledilməz haldır. Belə bir hadisə sizin acıqlı birisi kimi şöhrət qazanmanıza, nüfuzunuzu zədələməyə kifayətdir.


3. Yalan: Yalanlarla səhvlərinizi ört-basdır etmək cəhdi alovla oynamağa bərabərdir. Əgər insanlarda sizə güvənə bilməyəcəkləri düşüncəsi yaradırsınızsa, deməli, iş yerində lazım olan münasibəti qura bilməməsiniz.


4. Yerinə yetirə bilməyəcəyiniz vədlər vermək: Verdiyiniz sözləri yerinə yetirməklə əməkdaşlarınız arasında inam yarada bilərsiniz. Əks təqdirdə isə, məsələn, hesabatı bazar ertəsi göndərəcəyinizi deyib yerinə yetirməyi unudursunuzsa, sizə olan etibarı alt-üst edirsiniz.


5. Xəbərdarlıq etmədən işdən ayrılmaq: Əhəmiyyətli bir səbəbiniz olmadan xəbərdarlıqsız işdən ayrılaraq iş götürənlə aranızdakı bütün körpüləri dağıtmış olursunuz. Bu isə növbəti iş müsahibələriniz üçün olduqca təhlükədir. Sizə ədalətli gəlsə də, gəlməsə də, iki həftə əvvəldən işi tərk edəcəyiniz haqda xəbərdarlıq etmək qəbul edilmiş standartdır.

 

ŞƏRH YAZIN