İş tapmaq üçün sosial şəbəkələrdə davranışınız

0
2379
İş tapmaq üçün sosial şəbəkələrdə davranışınız

Müasir işverənlər sizin cv-niz ilə birgə sosial şəbəkələrdə aktivliyinizi araşdırırlar. Bu səbəbdən əgər iş axtarırsınız isə bəzi şeylərə diqqət yetirməlisiniz.


Statistika

* 43% işverən məhz sosial şəbəkələri araşdırdıqdan sonra bəzi işçiləri işə götürməkdən imtina ediblər;
* yalnız 19% iş axtaran sosial şəbəkələrin köməyi ilə özünə qarşı münasibəti dəyişə bilib;
* 53% hr-menecer işə götürəndə sosial şəbəkələri araşdırdıqlarını boyunlarına alırlar;
* 28% hallarda namizədə münasibət məhz sosial şəbəkələrdəki obrazı ilə dəyişib: 19% mənfi tərəfə, 11% müsbət tərəfə;
* yaxşı xəbər: yalnız 0,8% hr-menecerlər sosial şəbəkələrə nəzərdən sonra namizədlərdən imtina ediblər.

Əgər işə düzəlmək istəyirsiniz isə, bu zaman aşağıdakı sosial şəbəkələrə aid 5 məsləhətə nəzər yetirsəniz heç də uduzmazsınız.

Şərhlər

46% işverən şərhlərdə dəqiq və mövzuya uyğun yazılara rast gəldiklərində nazmizədlər haqqında müsbət düşünməyə başlayırlar.

Dostlar

Yaxşı olar ki, işə düzəlmək istədiyiniz vəzifəyə uyğun çoxlu dostlarınız olsun.

Qruplar

67% hr-menecerlər bildiriblər ki, namizədlərin prof qruplarda olması müsbət tərəfə yozulur. 54% isə burada namizədlərin postlarına fikir verirlər, yaxşı olar ki, bəzi postlar xarici mətbuatdan da olsun.

Sözlərə diqqət!

Heç bir halda cari işverən haqqında mənfi fikirlər bölüşməyin. İşləməkdən yorulduğunuzu yazmayın. Həyatın çətinliyinə şikayət etməyin. 72% hr-menecerlər belə namizədləri müsahibəyə belə buraxmırlar.
 

ŞƏRH YAZIN