İşçilərdə motivasiya artıran faktorlar

0
2069
İşçilərdə motivasiya artıran faktorlar

Aşağdakı faktorlar işçilərin ruh səviyyəsinə və motivasiyasina təsir göstərir.

İşçinin işindən aldığı məmnuniyyət hissi

Bu hiss insanda istədyi işə qəbul olduqda daha güclü olur. İstədiyi sahədə çalışan işçi işini görməkdən həzz alacaq.

İşçi və rəhbərlik münasibəti

Bu münasibət iki amildən asılıdır. Bunlardan birincisi işçinin şəxsiyyətidir. Bura itəakarlıq, rəhbərlərinə qarşı bəslədiyi hörmət hissi, rəhbərinin şəxsiyyətinə və biliyinə rəğbət hissi aiddir. İkinci  rəhbərin işçiyə qarşı hərəkətlərindən yaranan münasibətlərdir. Bunlar rəhbərin demokratikliyindən, avtoritarlığından və ya avtoritar olmamağından yaranan hisslərdir.

İşçinin işində irəliləmək arzusu

Bu daha çox işçinin şəxsi xüsusiyyətləri ilə bağlıdır: İşinə verdiyi önəm, işinin məhsuliyətlərini bilmək, işdə iştirak vəziyyəti və səhhəti.

İşçinin iş yoldaşları ilə uyğunlaşması

Bura iş yoldaşları ilə maraqlanma və onlara qarşı davranışlar aiddir. Bu, fərdin şəxsiyyəti ilə bağlı olduğu kimi iş yoldaşlarının da şəxsi keyfiyyətləri ilə bağlıdır.


Ümumiyyətlə demək olar ki, işçinin motivasiya səviyyəsi onun gündəlik məmnuniyyətlərinin toplamından irəli gələn ümumi bir razılığın nəticəsidir. İşçilərin motivasiyasının yüksəldilməsi, əsasən, idarəçilərin vəzifəsidir. Bunun üçün aşağıdakılara diqqət etmək lazımdır:


- Hər bir işçiyə işinin nədən ibarət olduğu açıq və aydın şəkildə izah olunmalıdır.


İnsanlar biri işi görərkən bunu necə gördüklərini psixoloji olaraq idarəçilərindən eşitmək istəyirlər. Əgər işlərini düzgün şəkildə yerinə yetirirlərsə bunun görüldüyünü və təqdir eldildiyini bilmək onlarda sevinc hissi yaradır. Gördüyü işi ondan gözləniləndən aşağı səviyyədə görürsə, buna ortaq çarə tapmaq üçün özü ilə danışmaq lazımdır. Yaxşı idarəçi xəbərdarlığın ən yaxşı şəkildə işçilərinə çatdırılmasını bilməlidir. Bu səhvlər işçinin şəxsiyyəti ilə bağlanmamalıdır. Bilikli menecerlər işçini utandırmaqla heçnə əldə etməyəçəklərini yaxşi bilirlər. Deyilən iradlar təriflərdən sonra gəldikdə daha effektiv olurlar. Bir şəxsin çatışmazlığını demək istəyirsinizsə əvvəlcə onun müsbət tərəflərini sadalayın. Bu xoş bir atmosfer yaradacaq və işçinin səhvlərini qəbul etməsini asanlaşdıracaq.


- Hər bir işçinin bacarıqlarından maksimum dərəcədə istifadə etmək lazımdır. Görülən işin işçinin əhvalına necə təsir etdiyini bilməli və yeri gəldikcə işçiyə sevdiyi işi vermək lazımdır. İşə qəbul və vəzifə bölgüsü zamanı işçilər müəyən test və yoxlamalardan keçməlidirlər. Bunun üçün işə qəbul və səlahiyyətləndirmə proqramı yaradılmalıdır. Bu işlə əlaqəli olaraq işçinin keçmişi öyrənilməli və sevdiyi, eyni zamanda ən yaxşı şəkildə bacardığı işlə təmin edilməlidir. Marağını cəlb etməyən iş qısa zamanda işçidə monotonluq hissi yaradır və işçi gördüyü işdən bezir.


- Vəzifə bölgüsü və qaydaları tətbiq edərkən ədalətli, insaflı olunmalıdır. Əksər işçilər nə iş gördüklərini çox düşünmürlər. Lakin iş yoldaşları ilə öz işlərini hər zaman müqayisə edirlər. Çətin və ya xoşagəlməz işlərin onlara tapşırılmasından narazılıq etməzlər amma bu təkrarlandıqda məyusluq hissi keçirər və rəhbərliyin ayrı-seçkilik etdiyini düşünərlər. Əsaslı və ya əsassız tərəfdarlıq fikrindən yayınmaq üçün işçilərin xoşladıqları işlər haqqında qeydlər alınmalıdır. Heç kəsin xoşlamadığı işlər sıra ilə hamıya tapşırılmalıdır. Bununla yanaşı, yaxşı işlər hər kəsə verilməli və ədalət prinsipi qorunmalıdır. 


Rəhbərliyin qaydalara əməl edilmə siyasəti də işçilərin motivasiyasına təsir edir. Hər hansı tədbir görüləcəksə hər kəsə öz vəziyyətinə görə davranılmalıdır. Səbəbsiz, izah edilmədən müstəsnalar edilirsə, bu, rəhbərliyin ayrı-seçkılik etməsi mənasına gələr. Məsələn, işə gecikən işçidən izahat alınması heç kimi təcübləndirməz. Amma bəzilərindən izahat alınmaması digər işçilərin narazılığına səbəb olar.

 

ŞƏRH YAZIN