İşdə bunları etməyin

0
2277
İşdə bunları etməyin

İş həyatınızda etdiyiniz bəzi səhv hərəkətlər peşənizdə irəliləməyinizə mənfi istiqamətdə təsir edə bilər. Məsələn, heç kim dedi-qodu edən bir iş yoldaşı istəməz. 

Bəs iş yerində qətiyyən etməməli olduğunuz səhvlər nələrdir?

Həvəssiz olmaq

Əgər iş yerinə hər gün məcbur gedirsinizsə və bunu artıq ətrafınızdakı insanlar belə hiss edirsə, sizin işinizə davam etməyiniz çətin olacaq. 

"Bu iş mənlik deyil" demək

Belə dediyinizi müdiriniz eşitsə , o sizinlə işə davam etmək istəməyəcək. Bəzən iş saatlarından sonrakı saatlarda da qalıb işləməli ola bilər və çalışdığınız saatlara görə sizə maaşdan əlavə pul verilməyə bilər. Buna narazılıq etməməlisiniz. Əksinə, bunun işinizin bir hissəsi olduğunu düşünüb vəzifənizi məmnunluqla yerinə yetirin. 

Lazımsız zarafatlar

Çalışdığınız yerdə lazımsız zarafatlar, təhqiredici sözlər işlətməməlisiniz. 

Geyim qaydaları

İşə gedərkən həddindən artıq diqqət çəkən geyimlər geyinməməlisiniz. İş yerinizə və vəzifənizə uyğun şəkildə geyinməlisiniz. 

İş yoldarınız ilə münasibətləriniz

Hər işlədiyiniz adamla yaxşı dolanmağınız qeyri-mümkündür. Bunu qəbul etməli, qarşınızdakının da yetkin biri olduğunu anlamalı və ortaq məxrəcə gəlməyi bacarmalısınız. 

Dedi-qodu etmək

Dedi-qodu etmək xoşunuza gəlsə də, iş yerində bundan uzaq durmalısınız.

Komandanın bir üzvü olmamaq

Başqa işçilərdən kənarda qalmamağa çalışın. İnsanlar sizi düzgün anlamaya bilərlər və düşünərlər ki, onlarla vaxt keçirtmək istəmirsiniz. İş yerində komandanın üzvü olmaq çox önəmlidir. Özünüzü iş yoldaşlarınızdan ayırmayın. 


Hər şeydən öncə isə özünüzə güvənin. Hər işin öhdəsindən gələcəyinizə inanın. 

 

ŞƏRH YAZIN