İşkoliksiniz?

0
1980
İşkoliksiniz?

Bu ssenari sizə tanışdır? İşinizi sevir, çoxsaylı layihələrə görə məsuliyyət daşıyırsınız. Son möhlətlər təzyiq göstərməyə davam edir. İş vaxtınız uzundur. Ailənizə və özünüzə vaxt ayıra bilmirsiniz. Məzuniyyətlər və ictimai səfərlər uzaq xatirələrə çevrilib. Yeganə hobbiniz işinizdir. 

Cavabınız “hə”-dirsə, bu, işkolik olduğunuz mənasına gəlir. İşkoliklər yalnız işləri üçün yaşayır, əlavə vaxtlarını da işlərinə sərf edir və işlərini evlərinə aparırlar. Bir çoxları çalışqanlıqları ilə fərqlənir. Lakin iş yaşama səbəbinə çevriləndə, bu bir qədər ağır hal alır. Bunun isə ictimai ,texnoloji və maliyyə səbəbləri var. Bəzi tədqiqatlar insanların 40%-dən çoxunun geri qayıdarkən artıq işini itirmiş olacağı qorxusu ilə məzuniyyətlərə çıxmaqdan imtina etdiyi göstərir. Bundan başqa, bu hal ailələrin dağılmasına, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İşiniz varolma səbəbinizə çevriləndə, düşündüyünüz və sizə xoşbəxtlik gətirən yeganə şey olanda müdaxiləyə ehtiyacınız var deməkdir.

Çox işləməklə, həddindən çox işləməyi qarışdırmaq olmaz. Çalışqan insanlar sərhədlərini müəyyənləşdirməyi və işi şəxsi həyatdan ayırmağı bacarırlar. İşkoliklər üçün isə şəxsi həyat deyilən bir şey yoxdur.

Sizə bu vəziyyətlə bağlı mübarizə üsullarını təqdim edirik: 

• Əsas olan işinizdən uzaqlaşmanızdır. Özünüzə vaxt ayırın. İşlə həyatınız aranızda balans yaratmağa çalışın.

• Vaxtınızı ailəniz və işdən kənar dostlarınızla keçirin.

• İşi başqalarına da həvalə edə biləcəyinizi öyrənməyə başlayın.

• Əvvəlcə həftəsonu tətilləri haqqında düşünün. Daha sonra isə uzunmüddətli səfərlər planlaşdırmağa başlayın.

• Könüllülük barədə düşünün, başqalarına kömək edin, yeni insanlarla tanış olun.

• Hobbi tapın.

• Gördüyünüz hər bir işin mükəmməl olmalı olduğu düşüncəsindən azad olun.

• Bəzən heç bir şey etmədən dincəlməyin normal olduğunu qəbul edin.

• Bütün bunlar işə yaramırsa, onda professional yardım alın. 

 

ŞƏRH YAZIN