Karyera Koçu ilə səyahət sizə nə qatar?

0
1757
Karyera Koçu ilə səyahət sizə nə qatar?

 İş həyatında karyera hər zaman üçün bir "xaosun" içindədir. Yazılı bir "karyera planı"nın olması xaos təhlükəsini azaltmaq üçündür amma xaosa mane ola bilməz. Böyük bir bankda və rəhbər mövqeyində olmağınız ya da xarici sərmayəli bir şirkətdə gözəl bir heyətdə çalışmağınız baş tutacaq hər hansı ixtisarda sizi nə qurtarar, nə də köməkçi olar.


Karyeranız bir yanda xarakteriniz, bir yanda insan əlaqələri bacarıqlarınızı bağlı ikən, çalışdığınız yer, ümumi iş mühiti, milli və ya beynəlxalq iqtisadiyyat kimi sizin nəzarətinizdə olmayan faktorlara da bağlı ola bilir.

Karyera dənizində bir yol xəritəniz mütləq olmalıdır, ancaq "sükan"ınızı tutacaq olan xəritə deyil, "Sizsiniz".

Karyera Koçluğu iş həyatınızda öz sükanınızı özünüzün tuta bilməsi üçün lazımlı olan üsul və bacarıqlardır.

Sükanını bir başqası və ya başqalarının tutduğu bir gəmidə, ancaq "sərnişin" ola bilərsiniz.

Karyera Koçluğu kiçikdə olsa öz qayığınızın sükanını tuta bilməyinizi təmin edər. 

Karyera Koçluğu öz sükanını tutmağı məqsəd qoyan hər kəs üçün kağız üzərində sükan necə tutulur təlimatlarını deyil, dənizi göstərmək, mənalandırmaq, təcrübədən keçirmək metodlarını öyrədir. 

ŞƏRH YAZIN