Komanda işinin müsbət və mənfi cəhətləri

0
1880
Komanda işinin müsbət və mənfi cəhətləri

Daha yaxşı çıxış yolu: Komanda şəkilində fəaliyyət göstərmək hər hansı bir iş sahəsinə daha çox uğur gətirə bilər, çünki bu halda yaranmış problemin həllinə dair bir neçə variant təklif olunur və onların içərisindən  ən yaxşısı seçilir.


Məhsuldarlıq: Komandada işləyərkən müvəffəqiyyət qazanmaq daha da asanlaşır, çünki birlikdə işləyərkən hər hansı bir fərdin tək başına edə biləcəyi işdən daha effektli nəticə alınır. Bir sözlə, güc birlikdədir.


Dəstək: Komanda şəklində fəaliyyət göstərərkən fərdlər müəyyən bir tapşırığın icrası zamanı bir-birlərinə dəstək olurlar.


Yeni əlaqələr: Komanda işinin digər bir müsbət cəhəti də budur ki, işçilər arasında  dostluq kimi müsbət əlaqələrin yaranmasına gətirib çıxara bilər.


Ünsiyyət bacarığı: Komandada işləməklə insanlar öz ünsiyyət bacarıqlarını da inkişaf etdirə bilərlər. Bununla onlar həm effektiv danışmaq, həm də dinləmək bacarıqlarına yiyələnə bilərlər.


Münaqişələri həll etmə: Bəli, komandada münaqişələr də olur, lakin işçilər komandanın ümumi məqsədi naminə bir-birlərini dinləyərək və onları əks mövqedə durmağa sövq edən səbəbləri sadalayaraq, ümumilikdə ünsiyyət bacarıqlarını inkişaf etdirərək münaqişələri həll etmə bacarığına da yiyələnirlər.


Komandada fəaliyyət göstərməyin müəyyən mənfi cəhətləri də mövcuddur:


Tənbəllik - Bəzən komanda olaraq fəaliyyət göstərərkən, bəzi işçilər bir qədər kənara çəkilərək işlərin digərləri tərəfindən görülməsini istəyirlər.


Uzun proses - Entrepreneur.com saytının verdiyi məlumata əsasən, komanda şəkilində fəaliyyət göstərərək hər hansı bir məqsədə döğru irəliləmək üçün bəzən uzun müddət tələb oluna bilər. Çünki hətta komandanın özünün formalaşması şirkət üçün vaxt itkisinə səbəb ola bilər.


Münaqişələr - Aydındır ki, əgər vəzifə komanda şəklində icra olunursa, bu zaman münaqişə və konfliktlərin baş verməsi qaçılmazdır. İşçilər öz düşüncələrinə uyğun olmayan yeni fikirlərin qəbulunda çətinlik çəkə bilərlər.


Kreativliyə qoyulan məhdudiyyət - Yeni ideyaların tədbiqi üçün yaxşı bir mühit olsa da, bəzi hallarda hər hansı bir üzv öz yeni ideyasını irəli sürməyə tərəddüd edir, çünki o qorxur ki, bu yeni ideya digərləri tərəfindən qəbul olunmaya bilər.


 

ŞƏRH YAZIN