Maaşına Artım Istəyirsən?

0
1925
Maaşına Artım Istəyirsən?

Maaşına artım istəyirsən, amma düşünürsən ki, bu sənin işinin sonlanması ilə nəticələnər. Biz sənə müdirdən artım istəməyin incəliklərini desək, necə? Bu prosesi yaxşı idarə etsəniz şansınız artar. 

Müdirdən artım istəmək üçün əvvəlcə onu yaxşı tanımalı, sonra yaxşıca hazırlanmalı, niyə artım istədiyinizi səbəbləriylə birlikdə açıqlaya biləcək vəziyyətdə olmalısınız, müdirin irəli sürdüyü iddiaları çürütməyi bilməli, müxtəlif ssenarilərə hazırlıqlı olmalı, onun qarşısında özünüzü müdafiə edə bilməlisiniz. Müdirin qarşısında geyiminizə diqqət yetirməli, onunla danışmaq üçün uyğun zamanı tapmalısınız. Müdiri hədələmək olmaz. Həmçinin, "x şirkətdən təklif aldım" cümləsi işə də yaramaya bilər, müdirin sizə qapını göstərməsinə də səbəb ola bilər.

Artım istəməyin müxtəlif yolları var; müdirə yazmaq, yoldaşlarınız arasında artım haqqında danışıb, bu söhbətin müdirin qulağına çatmasını gözləmək, üz-üzə danışmaq, eyham etmək, əvvəlcədən görüş istəmək, onu istefa etməklə təhdid etmək. Təbii ki, tətbiq olunacaq üsul adamdan adama dəyişir, bu bir az da müdirinizlə aranızdakı əlaqədən də asılıdır.

Əgər müdiriniz artım istəyinizə "yox" desə, əl çəkməyin, artım əldə etmək üçün nə etmək lazım olduğunu soruşun, beləcə qərarlı olduğunuzu göstərmiş olacaqsınız. Əgər artım ala bilməsəniz, onda gedərəm deyərək müdiri təhdid etməzdən qabaq iki dəfə düşünün, bəzən bunun geri dönüşü olmaz. 
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN