Maaşınıza artım istəməyin yolları

0
2389
Maaşınıza artım istəməyin yolları

Bir çox adam düşünür ki, maaşına artımı istədikdə işini itirə bilər. Xüsusilə iqtisadi böhranlar səbəbiylə işsizlik bunu hərtərəfli çətinləşdirir. Bəzi insanlar isə düşünür ki, onsuzda mənim performansım çox yüksəkdir, əvvəl-axır idarəçilər bunu görəcəklər və maaşımı artıracaqlar. Artım nisbətləri isə sektordan sektora fərqlilik göstərsə də, orta hesabla inflyasiya dəyərinlərində kəsişirlər.


Müdirdən artım istəməyin incəlikləri var. Bu prosesi yaxşı idarə etsəniz şansınız artar. Müdirdən artım istəmək üçün əvvəlcə onu yaxşı tanımalı, sonra yaxşıca hazırlanmalı, niyə artım istədiyinizi səbəbləriylə birlikdə açıqlaya biləcək vəziyyətdə olmalısınız, müdirin irəli sürdüyü iddiaları çürütməyi bilməli, müxtəlif ssenarilərə hazırlıqlı olmalı, onun qarşısında özünüzü müdafiə edə bilməlisiniz. Müdirin qarşısında geyiminizə diqqət yetirməli, onunla danışmaq üçün uyğun zamanı tapmalısınız. Müdiri hədələmək olmaz. Həmçinin, "x şirkətdən təklif aldım" cümləsi işə də yara bilər, müdirin sizə qapını göstərməsinə də səbəb ola bilər.

Artım istəməyin müxtəlif yolları var; müdirə yazmaq, yoldaşlarınız arasında artım haqqında danışıb, bu söhbətin müdirin qulağına çatmasını gözləmək, üz-üzə danışmaq, eyham etmək, əvvəlcədən görüş istəmək, onu istefa etməklə təhdid etmək. Təbii ki, tətbiq olunacaq üsul adamdan adama dəyişir, bu bir az da müdirinizlə aranızdakı əlaqədən də asılıdır.

Əgər müdiriniz artım istəyinizə "yox" desə, əl çəkməyin, artım əldə etmək üçün nə etmək lazım olduğunu soruşun, beləcə qərarlı olduğunuzu göstərmiş olacaqsınız. Əgər artım ala bilməsəniz, onda gedərəm deyərək müdiri təhdid etməzdən qabaq iki dəfə düşünün, bəzən bunun geri dönüşü olmaz. 
 

ŞƏRH YAZIN