Müsahibədə Özünüzü Mükəmməl İfadə Edin

0
1795
Müsahibədə Özünüzü Mükəmməl İfadə Edin

İş görüşməsi zamanı müsahibələrin stress yaratması, yəqin ki, hər kəsə məlumdur. İşəgötürən tərəf sizdə olan həyəcan və gərginliyi anlayışla qarşılaya bilər,amma bu gərginlik həddindən artıq olsa, o zaman onun ağlında xoşagəlməz təsir buraxa bilərsiniz. Bu bir kənara, potensial və peşəkarlığınızı göstərməyiniz də sual altına düşər. Sizə müsahibə zamanı özünüzü ən mükəmməl şəkildə ifadə etməyin sirlərini təqdim edirik:

Oraya hazır şəkildə gedin;
Müsahibəyə getməzdən əvvəl ev tapşırığınızı edin və işin məsuliyyətləri, şirkət və onun mədəniyyətini araşdırın. Oraya işi nə üçün çox istədiyinizi və cədvələ nəyi gətirəcəyinizi bilərək gedin. Dostunuzla və ya güzgüdə öz-özünüzlə müsahibəni məşq edin və mümkün müsahibə mövzularını əhatə edin. Bundan əlavə, müsahibə götürəndən soruşmaq üçün suallar siyahısı hazırlayın. 

Əvvəlcədən plan qurun;
Bir neçə gün əvvəl tərcümeyi-halınızın nüsxələrini çıxardın. Müsahibə gününə kimi gözləməyin. Paltarlarınızı hazırlayın və onların ütülü olduğundan əmin olun. Əvvəlki gecə ən azı səkkiz saat yatın. Müsahibə məntəqəsinə gediş marşrutunuzu planlaşdırın və oraya 15-20 dəqiqə əvvəl çatmağa çalışın. Heç vaxt müsahibəyə gecikməyin.

Dinləyin;
Fəal dinləyici olun və sizdən soruşulana cavab verin. Suala cavab vermək xatirinə cavab verməyin və ya soruşulan sualdan tamamilə başqa şeydən danışmayın. Müsahibə götürən danışarkən sözünü kəsməyin. Yadda saxlayın ki, müsahibə ikitərəfli danışıqdır və istintaq deyil. Buna görə də, özünüzə fasilə verin və müsahibə götürəni dinləmək üçün vaxt ayırın.

Müsbət düşünün;
Müsbət düşünün və müsahibə götürənin sizin haqda nə düşündüyünü təxmin etməyə çalışmayın. Müsbət düşünmək sizə rahatlamağa kömək edəcək. Nəticədə,siz diqqətinizi öz bacarıqlarınız və nailiyyətləriniz üzərində cəmləyə bilərsiniz. Nə üçün işə ən münasib şəxs olduğunuzu bildirmək üçün güclərinizi göstərin və özünüzlə bağlı önəmli məqamlar barədə düşünün. 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN