Şirkətin ən yaxşı əməkdaşı olmaq istəyirsinizsə, bu səhvləri etməyin!

0
2273
Şirkətin ən yaxşı əməkdaşı olmaq istəyirsinizsə, bu səhvləri etməyin!

Rəhbərlik üçün nəyin daha vacib olduğunu bilməmək

Əgər rəhbərliyin prioritetləri tamam başqa müstəvidədirsə, o zaman sizin müəyyən tapşırığı nə dəcərədə düzgün və yaxşı yerinə yetirməyinizin heç bir mənası yoxdur. Siz müştərilərlə çox yaxşı ünsiyyət qura bilərsiniz. Ancaq buna baxmayaraq, müdirinizi yalnızca sifarişlərin sürətli şəkildə qəbulu və təhlili maraqlandırır. Bu səbəbdən də o, sizin effektivliyinizi hər zaman bu parametr üzrə qiymətləndirəcək.

İlk uğursuzluqdan sonra təslim olmaq

Karyerada zirvəyə aparan yol hər zaman çətinliklərlə doludur. Bəzən bu çətinliklərin öhdəsindən gəlmək üçün sözün əsl mənasında böyük güc və səbr tələb olunur. Əgər siz rahatlığa, hər şeyi istədiyiniz anda asanlıqla əldə etməyə vərdiş etmisinizsə, o zaman gözlənilməz çətinliklər sizin üçün əsl problemə çevrilə bilər. Yox, əgər siz özünüzü öz işinizin peşəkarı hesab edirsinizsə, o zaman yeni vərdişlərə yiyələnmək, təslim olmamaq və uğurlu nəticələr əldə etmək - qarşınıza qoyduğunuz əsas məqsədlər sırasına daxil olmalıdır.

Mənfi tənqidi neqativ qarşılamaq

Keyfiyyətli iş təqdim etməyə vərdiş etmiş insanın mənfi tənqidi qəbul etməsi bir qədər çətindir. Lakin tənqid heç vaxt sizdə özünümüdafiə əhval-ruhiyyəsi yaratmamalıdır. Elə tapşırıqlar var ki, onları siz düşündüyünüzdən də yaxşı formada yerinə yetirmək mümkündür. Belə ki, məhz mənfi tənqid nəticəsində siz bir işi daha yüksək səviyyədə yerinə yetirməyi öyrənə bilərsiniz. Unutmayın ki, bügun tənqidi qəbul etməsəniz, sabah doğru qiymətləndirmənin sizin üçün əhəmiyyətli olduğu bir vaxtda onu eşitməyə bilərsiniz.

Həmkarlarla münasibətin vacibliyini düzgün qiymətləndirməmək

İş həyatının əhəmiyyətli nüanslarından biri işdə uğur qazanmaqdırsa, digəri də kollektivdaxili müasibətlərin lazımi səviyyədə olmasıdır. Bütün əməkdaşların ən yaxın dostu olmağa ehtiyac yoxdur. Lakin onların iş və uğurları ilə maraqlanmaqla, siz işçi heyət arasında müsbət əhval-ruhiyyənin meydana gəlməsinə şərait yarada bilərsiniz.

Yalnız öz xidmətlərini qiymətləndimək

Hətta şirkət gəlirlərinin yarısı sizin fəaliyyətinizin məhsulu olsa belə, yenə də buna görə lovğalanmaq lazım deyil. Heç kim sizin bu təkəbbürlü davranışınıza uzun müddət davam gətirməyəcək. Belə davranmaqla siz həm özünüzün, həm də digərlərinin işini çətinləşdirə bilərsiniz. Şirkətin əvəzedilməz və ən yaxşı işçisi ola bilərsiniz, amma unutmayın ki, heç bir mükəmməl işçi ahəngdar rejimdə işləyən kollektivlə müqayisə oluna bilməz.

 

ŞƏRH YAZIN