Sosial şəbəkələr və karyera

0
2099
Sosial şəbəkələr və karyera

Nə qədər bundan qaçsaq da sosial şəbəkələr artıq həyat tərzinə çevrilməyə başlayıb və demək olar ki, hər kəsin həyatında var. Və əgər uğurlu karyera qurmaq istəyirsənsə, sosial şəbəkələrdə hərəkətlərivə diqqət yetirməli olacaqsan.

Sosial şəbəkələrin ağıllı istifadəsi zamanı dəyərli məlumatlar əldə edib, dostlar qazanmaq olar. Bu məqalədə isə sizlərə sosial şəbəkələrdə buraxılan 6 səhvdən söz açılacaq.


Şəkillər

Rəhbərlik ilk öncə profil şəkillərinizə diqqət yetirə bilər. Beləki, sadə bir partidən belə çılğın şəkiliniz sizin haqqınızda mənfi fikir yarada bilər. Bunun üçün sosial şəbəkələrə hər hansı bir şəkil yüklərkən, onun karyeranıza nə kimi təsir edəcəyi barədə düşünün.


Sözlər

Real həyatla bərabər virtual həyatın da var? Onda bilməlisən ki, realda olduğu kimi, virtualda da sözlərivə diqqət yetriməlisən. Bir iki artıq söz rəhbərliyin sənin barəndə düşüncəsini dəyişə bilər. Beləki, siz işdə özüvüzü olduqca alicənab aparsaz da, artıq onlar sizin ikiüzlü olduğunuzu düşünə bilərlər. Bununla da özünüzə inam itirəcəksiz və bu heç də xoş hal deyil.


Dostlar

Unutmayın ki, dostlarınız hər an istənilən sizinlə olan şəkli sosial şəbəkələrdə paylaşa bilərlər. Buna görə də, dostlarınızda sizi heç bir şəkildə qeyd etməklərinə icazə verməyin.


Maraqlar

Rəhbərlik sənin üzv olduğun qruplarla da maraqlana bilərlər. Beləki, bu qruplar hər kəs üçün açıqdı və sən qrupa üzv olarkən onun nə mövzüya qulluq etdiyinə diqqət yetir. Yaxşı olar ki, professiyana uyğun olan qruplarda üzv olasan.


Oyunlar

Gündəlik həyatında oyun oynamağı sevirsən? Bunu hər kəs bilmək məcburiyyətində deyil. Oyunları sosial şəbəkələrlə sinxron etməsən daha yaxşı olar. Rəhbərlik iş zamanı oyun oynadığıvı düşünə bilər.


Tənqid

Hər kəsi və hər şeyi tənqid eləməyə tələsmə. Tənqidi inandığın adamlarla ismarıcla da edə bilərsən. Həmçinin rəqib şirkətləri də qaralamağa tələsmə, unutma ki, bir gün gələr o şirkətlərdə işləmək arzusuna düşə bilərsən.

 

ŞƏRH YAZIN