Təcrübənizi Necə Düzgün Nümayiş Edə Bilərsiniz?

0
2157
Təcrübənizi Necə Düzgün Nümayiş Edə Bilərsiniz?

İş təcrübəsi – iş axtaran şəxsin ən vacib keyfiyyətlərindən biridir. İşə götürənlər bu keyfiyyətə maksimum diqqət ayırırlar. Bu səbəbdən də iş axtaran zaman təcrübə ilə bağlı məlumatları rezümedə düzgün şəkildə qeyd etməkdir.
Təcrübəniz sizin üçün işləməlidir. Sadəcə olaraq əvvəlki iş yerinizi qeyd etmək kifayət deyil.Rezümenin bu hissəsi işəgötürənə sahib olduğunuz nailiyyətləri, bacarıqları düzgün şəkildə sərgiləməyə xidmət etməlidir.
Öz iş yolunuzun təsviri maksimum şəkildə konkret olmalıdır. Hər bir iş yerinizə aid, işlədiyiniz zamanı və şirkəti qeyd etmək üçün xüsusi bölmə olmalıdır.
İş yeri
Şirkətin adı tam və abreviaturasız yazılmalıdır. Ümid etmək lazım deyil ki,bu şirkət hamıya tanışdır. Əgər şirkətin ayrı-ayrı şəhərlər və rayonlarındakı filiallarında işləmisinizsə bu faktı mütləq olaraq qeyd edin.
Vəzifə
İşlədiyiniz vəzifə də öz növbəsində dəqiq olmalıdır. Məsələn, əgər vəzifənizi sadəcə olaraq “menecer” və yaxud “rəhbər” olaraq qeyd etsəniz işəgötürəndə cavabdan çox, sual yaranacaq. Vəzifənizi aydın olaraq – “satış meneceri”, “baş mühasib”,  “IT bölməsinin rəhbəri” və s. kimi qeyd edin.
İş müddəti
Mütəxəssislər iş dövrünüzü dəqiqliklə,ayına kimi yazmağı məsləhət görür.Bu işəgötürənin sizin iş müddətinizi qiymətləndirmək tapşırığını asanlaşdıracaq.Əlbəttə, işəgötürən bunu müsahibə zamanı da dəqiqləşdirə bilər,lakin axı,sizi ilk növbədə ora dəvət etməlidirlər. Məhz rezüme sizin müsahibəyə olan əsas biletinizdir.
Əgər şirkətdə işləyərkən hər hansı vəzifə yüksəlişi və ya mükafata nail olmusunuzsa onu da qeyd etməyi unutmayın.
 
 
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN