Uzun müddət işsizlik

0
1964
Uzun müddət işsizlik

Uzun müddət iş müraciətlərinizin qarşılıqsız qalması və ya nəticə verməyən müsahibələr özünüzə olan inamın azalmasına səbəb olar. Özünə inam əskikliyi də bir sonrakı müsahibəyə mütləq təsir göstərəcək, böyük ehtimalla qarşı tərəf də bunu hiss edəcək. Nəticə: Yenə işsizlik.

Mütəxəssislər "iş axtararkən özünüzü bir müddət tanıyın" deyir. Çünki "İki həftə ərzində iş tapmaq lazımdır" kimi bir düşüncə insanı daha çox narahat etməkdən başqa bir şeyə yaramır.

İşsizlik dövrü uzanmağa başlayıbsa, özünüzdən "səhv və ya əskik bir şeymi edirəm" deyə soruşmalısınız. Əvvəlcə CV-nizi təkrar nəzərdən keçirin. Xüsusilə birdən çox sahədə çalışmış olanların, bunları tərcümeyi-hallarına yazarkən diqqətli olması vacibdir. Fərqli sahələr işəgötürənin zehinində dəqiq bir fikrin meydana gəlməsinə mane ola bilər.


Ən doğrusu CV-nizi müraciət etdiyiniz işə uyğun hazırlamaqdır.

İkinci olaraq baxılması lazım olan hissə, müsahibələrdir. Etdiyiniz danışıqları gözünüzün önünə gətirin. Necə cavablar verdiniz? İstəkli olduğunuzu qarşı tərəf hiss etdimi? Ödəniş və iş saatlarıyla əlaqədar yersiz suallar verdinizmi?

Təbii ki yanaşma tərzini də nəzərdən keçirərək: "Yenə olmayacaq, ya həmişə işsiz qalsam" qorxuları varsa iş daha da çətinləşir.

Lazım olan bir başqa əhəmiyyətli nöqtə də, müraciətlərdir. Maraq və səlahiyyətlər sahənizə daxil olan bütün işlərə müraciət etməyə cəhd edin. Yalnız bir iki işə müraciət edib, xəbər çıxmadı deyə qırağa çəkilməyin.

İş axtarma prosesinin ən çətin hissəsi özünü tanıma müddətidir. İnsan özündən soruşmalıdır: "Mən kiməm, hansı xüsusiyyətlərim məni bu günlərə gətirdi, bundan sonra necə həyat gözləyirəm?" Daha sonra plan qurmaq lazımdır. Beş, hətta on il sonrası üçün karyera planları edilməlidir.

İş axtarışı prosesini depressiyasız, ən faydalı şəkildə keçirmənin yolu, özünü inkişaf etdirməkdən keçir. Zəif olduğunuzu düşündüyünüz mövzuda bir kursa gedə bilər, əlaqədar kitabları alıb oxuya bilərsiniz. Həm bilmədiyiniz bir şeyi öyrənmiş, həm də nəticədə işlə maraqlandığınız üçün özünüzü daha yaxşı hiss etmiş olarsınız.

 

ŞƏRH YAZIN