Biznesini Koçluqla Gücləndir!

0
2846
 Biznesini Koçluqla Gücləndir!

Bu məqalə kiçik, orta sahibkarlar və menecerlər üçündür. 

Əvvəlcə koçluq haqqında qısa məlumat vermək istəyirəm. Koçluq ayrı-ayrı şəxslərin və şirkətlərin koçluğa olan ehtiyacı nəticəsində ortaya çıxıb. 
İndi olduğundan daha yaxşı olmağı çox insan istəyir. Koçluq bir insanın inkişafına kömək etmək, onu müsbət yöndə dəyişmək və daha yaxşı mövqeyə gətirməkdir.  
Koçluq insana öz potensialını kəşf etməkdə kömək olur və bu potensialı ortaya çıxararaq hədəfə çatmağın yollarını göstərir. Bu prosesdə hər iki tərəf (koç və müştəri) öz bilik və bacarıqlarını bir-biri ilə bölüşərək hədəfə doğru addımlayırlar.
Bu günkü biznes mühitinində şirkətlərin müəyyən problemlərdən əziyyət çəkdiyinə şahid oluruq. Bu əziyyət onların faydalı iş əmsalını xeyli aşağı salır. Bu da onu göstərir ki, indiki sürətli rəqabət mühitində koçluğa daha çox ehtiyac var.
Hər şirkətin problemləri və onları doğuran səbəblər müxtəlifdir. Devolivasiya, hədəfsizlik, şirkətləşməmək və s. problemləri buna misal göstərmək olar. Bu kimi problemlərdə hər bir şirkətə individual (xüsusi) yanaşmaq lazımdır. 
Üzərində durmaq istədiyim məsələ hədəf seçmək və koçluqdur. Şirkətlərin, menecerlərin və işçilərin müəyyən hədəfinin olması onların faydalı iş əmsalına çox müsbət təsir edir.
 
Şirkətlərin uğurunun 85%-i işçilərin qabiliyyət və bacarıqlarının şirkətin hədəfi ilə üst-üstə düşməsindən asılıdır.
Hədəfin olmaması, “yalançı” hədəf, hədəf haqqında yanlış məlumat və ya hədəfin düzgün tətbiq edilməməsi şirkətin daxili problemlərini artırır. Belə hallarda bu cür şikayətlər də artmağa başlayır.
 
Rəhbərlər: “Adam yoxdur”, “İşçilər işləmir”, “İşçilər özlərini inkişaf etdirmir”, "İşçilərin qabiliyyəti yoxdur”, “Can dərdi işləyirlər” və s. şikayətlər edir. İşçilər isə: “Həvəsim qalmayıb”, “Problem çoxdur”, “Hər işi mənə tapşırırlar”, “Mənə dəyər vermirlər”, “Ağzınla quş tutsan da razı qalmırlar” və s. bəhanələr gətirirlər. 
 
Bu qarşılıqlı narazılıq ifadə edən cümlələr sizə tanış gələ bilər. Bu şikayətlər problemin başqa cür ifadəsidir. Bu kimi şikayətlərin kökündə yatan səbəblərdən biri hədəfin olmamasıdır. Belə narazılıqların əsassız olduğunu anlamaq üçün bir neçə sual soruşmaq kifayətdir. Bu suallar xüsusi fərqindəlik yaradır:
İşçilərin arasında bir nəfər də olsa qabiliyyətli işçi yoxdur?
İşçilərin heç yaxşı işlədikləri vaxt olub?
İşçilərin heç vaxt öz üzərinə məsuliyyət götürməyiblər?
 
Bu sualların sayını artırmaq mümkündür. Şikayət edən şəxsə buna bənzər suallar verməklə ümumiləşdirilmiş neqativ düşüncəni parçalayıb fərqindəlilik yaratmaq olar. 
 
Yuxarıda qeyd olunan etiraz və ya narazılıqlarla üzləşən rəhbərlər bilməlidirlər ki, bu gün qarşılaşdıqları vəziyyət indiyə qədər gordükləri işin nəticəsidir. Nəticəni dəyişmək üçün isə indiyə qədər etdiklərinizdən fərqli davranış sərgiləmək lazımdır. Fərqlilik yaratmaq üçün koçluq xidmətləri və üsulları çox faydalıdır. Bu kimi problemlər qarşısında koçlar və koç menecerlər necə hərərkət edirlər?
 
Koçlar və koç menecerlərin münasibəti: Bunu anlamadım????
1.Çətinlik və problemlər dəyişmək üçün siqnaldır. Müsbətə doğru dəyişmək yeni fürsət və imkanların qapısını açar. 
2.Fəaliyyət göstərdiyiniz bazar çox münbitdir. O sizin istəklərinizi və hədəflərinizi ödəyə bilər. Təki siz nə istədiyinizi bilin, hərəkətə keçin! İstəklərinizin fərqində olun. Çox mühafizəkar olmayın.
3.İşçilər sizin ən dəyərli resursunuzdur. Doğru ünsiyyət və üslub həmin resurslardan faydalanmağın açarıdır.
4.İşçilənizi olduğu kimi qəbul edin.
5.Onları öz meyarlarınıza görə qiymətləndirməyin.
6.İşçilərinizin xətalarını davranış kimi qəbul edin, şəxsiyyətləri ilə əlaqələndirməyin. Onlarda kifayət qədər istedad və güclü potensial var. 
 
Koçlar və koç menecerlər bunun fərqindədirlər. Bu fərqindəlilik potensialın üzə çıxarılması üçün zəruridir. Nəticə koçların işidir. Koç menecer hədəflərlə işləyən rəhbərlərdir.
 
Hər hansı şirkətin, menecerin və ya işçinin hədəfi yoxdursa, çox güman ki, həmin şirkətdə xaos, menecerlərdə eqoizm, işçilərdə işi və günü yola vermək düsuncəsi hakim olar. Hədəfli olmağa marketinq prosesində məüyyən edilən şüar kimi baxmaq olmaz.
 
Hədəf o qədər önəmli dəyərdir ki,  bütün marketinq prosesləri ona xidmət edir. Bütün resurslar hədəfə çatmaq üçün səfərbər edilir.
 
Koç menecerlər şirkətlərin hədəflərini dəqiq bilirlər. Onlar hədəfləri şirkətin hədəfləri ilə eyni olan işçilərlə yola çıxırlar. Çünki həmin işçilər öz hədəflərinə 20% nail olduqda şirkət üçün 80% faydalı olacaqlar.
 
Koç menecerlər ilkin hədəfi belə formalaşdırırlar:
1.Hədəflər xəyallardan formalaşır. Çox xəyal qurun. Xəyallar çox səmərəli poliqondur.
2.Xəyallarınızı hekayə şəklində yazın. Hekayəniz təfərrüatlı və dəqiq olmalıdır. 
3.Hekayədə önəmli işləri və nəticələri hədəf şəklinə salın. 
4.Hədəfiniz inandırıcı və məntiqli olmalıdır. 
5.Hədəfə çatmaq üçün görüləcək işləri əhəmiyyət və vaxtına görə ardıcıllıqla sıralayın. 
6.İndicə hərəkətə keçin. Əmələ tökülməyən xəyal arzu olaraq qalacaq.
7.Hər gün hədəfiniz üçün bir addım atın, bir iş görün.
8.Nəticələri ölçün, dəyişməyi bacarın. Çox mühafizəkar olmayın. 
 
Fədai Abdullayev
Business Coach
 

ŞƏRH YAZIN