Koçluq münasibəti nədir?

0
1998
Koçluq münasibəti nədir?

Həyatımızın ən əhəmiyyəti anları qərar verdiyimiz anlarıdır. Peşə, karyera, əlaqələr, sağlam həyat ... bu sahələrdə istiqamətimizi təyin edərkən bir çox amil dövrəyə girər. Ailə, keçmiş, yaşadığımız yer, içində olduğumuz vəziyyət vs. Öz yolumuzda gedərkən bəzən özümüzə badalaq belə vurarıq.

Düşündüyümüzü həyata, danışdıqlarımızı hərəkətə yansıtma mövzusunda özümüzü aciz hiss etdiyimiz anlar ola bilər. Bunlar çox normal, təbii və insani vəziyyətlərdir. Hətta belə hallar sayəsində həqiqətən nə istədiyimizi özümüzdən soruşaq və özümüzə doğru səmimi bir addım atarıq. Bu addımları atarkən bizə kömək olacaq bir mütəxəssis isə, bizim işimizi asanlaşdırar. Eynilə bir idmançının hədəfinə çatması üçün məşqçiyə ehtiyac duyduğu kimi...

Koçluq münasibətində Koç sizin hər baxımdan tam və bütün olduğunuzu fərz edərək işə başlayır. Suallarınızın cavabı sizdədir, dərdinizin dərmanı sizdə onsuz ki, hazırdır və mövcuddur. Koçluq əlaqəsi içinizdəki cavabı tapıb çıxarmaq və doğru suallarla müddəti idarə etmək üçün qurulur. Koçluq bu mənada məsləhət və ya yol yoldaşlığı deyil. Koç sizin rol modeliniz də deyil. Koç zaman zaman sizə acı mənzərəni də göstərən bir kamera ya da bir gözdür. Halınızın fotoşəkilini çəkir və sizə ayna tutur.

Koçluq tək tərəfli deyil iki tərəfli qurulan bir əlaqədir. Bu səbəbdən koçluq xidməti alarkən kişi ilə güvən, harmoniya və uyğunluğa diqqət etmək lazımdır. Hər kəs hər insan ilə işləyə bilməz. Koçluq özü yaradıcı olmaq və həll variantlarını artırmaqdır. Ağıl vermə ya da istiqamətləndirmək kimi üsullar ehtiva etməz. İnsan onsuz da ehtiyacı olan məlumat və qabiliyyətə malikdir. Koçluq ancaq bunların fərqinə varılmasını və təsirli bir şəkildə istifadəni təmin edərək, o insanın işini asanlaşdırır.

ŞƏRH YAZIN