Bu vərdişləri təcili tərgidin

0
8570
Bu vərdişləri təcili tərgidin

 Koçluq anlayışını daha yaxşı dərk etmək üçün "Koçluq nə deyildir? sualının cavabını bilmək önəmlidir. Bu şəkildə zehinlərdəki yalnış məlumatları silərək doğrularla irəliləyə bilər və bu sistemdən maksimum şəkildə yararlana bilərik. Öncəliklə qeyd etmək istəyirəm ki, Koçluq psixoterapiya, məsləhətçilik və treninqdən tamam fərqli bir sahədir. Bəhsedilən bu sahədə dünyada və ölkəmizdə dəyərli mütəxəssislər xidmət verməkdədir. Koçluğun digər sahələrlə qarışdırılmasının əsas səbəbi adı keçən sahələrin də buna bənzər məqsədlərə xidmət etmələrindən qaynaqlanır. Çünki danışan, yardım istəyən kəsin fərqli üsullarla müsbət yöndə inkişafı hədəflənməklə birlikdə, hamısının tətbiq etdiyi üsul və münasibət bir birlərindən fərqlidir. Belə ki;


Psixoterapiya ruhi xəstəliklərlə məşöul olar və varsa rahatsızlıqları müalicə edər. Halbuki Koçluq edən kəs ruhi xəstəlikləri müalicə etməzlər, edə də bilməzlər. Çünki Koçların belə bir təcrübəsi yoxdur. Koçlar danışanları ilə çalışarkənb xəstəliklərlə bağlı peşəkar birinə ehtiyac olduqlarını görərlərsə, şəxsi o istiqamətə yönəldərlər. Aralarındakı təməl fər isə, üsullarında gizlidir. Terapiyada bu günü anlamaq üçün keçmişə dönüb baxmaq gərəkə bilər. Amma Koçluqda varılması gərəkən hədəf üçün keçmişlə heç bağlantı qurulmadan bu günü kəşf etməklə başlayar və gələcəyə baxılar. 
 
Məsləhətçilik xidməti verən şəxs məsləhət verdiyi sahədə ixtisaslaşıb, bunun nəticəsi olaraq da o sahə ilə bağlı tövsiyyələr edər. Xidməti alan kəs isə, bu tövsiyyələrə əməl edər. Koçluqda isə, danışan öz sualları ilə bağlı cavabları özü axtarar, Koç isə, ona bu cavabları tapmaqda fərqli yollarla dəstək olar. Bu səbəblə Koçun danışanın fəaliyyət göstərdiyi və ya sorğuladığı sahədə mütəxəssis olması gərəkməz. 
 
Treninq xidmətində isə, spesifik bir sahədə mütəxəssis və təcrübə sahibi olan biri bütün məlumat və təcrübəsini dostluğa bənzər bir münasibət şəklində xidmət alan kəslərlə paylaşar və onlara dəstək verər. Daha öncəki nümunələrdə də qeyd etdiyim kimi, Koçluqda məlumat ötürülməsindən daha çox koçluq üsullarından istifadə edərəkfaydalı olmaq və soruşulan sualların cavablarını şəxsin özünün tapmasını təmin etməkdir.
 
Qısacası, Koçluq bir proqram deyil. Koçluğa "digər insana performansını, öyrənməsini və inkişaf etməsini sürətləndirmək üçün ona yardım olma sənəti" də deyilə bilər. Bütün sahələrdə koçluq xidməti almağınız mümkündür. Fərdi koçluq, yaşam koçluğu, karyera koçluğu, valideyn koçluğu, iş qurma koçluğu, münasibətlər koçluğu, satış koçluğu və s...

ŞƏRH YAZIN