Nə üçün bir Koça ehtiyac var?

0
1044
Nə üçün bir Koça ehtiyac var?

 Koçluğa nə üçün ehtiyacı vardır?


Əslində bu sualın cavabı o qədər çətin deyil ... hətta və hətta çox sadədir. Bütün dünyada tarazlıqlar dəyişdi, artıq "az aşım, dərdsiz başım" kimsəyə çatmır. Hər kəs daha yaxşıya, daha yüksəyə layiq olduğunu düşünür. Və bu mövzuda da hər kəs haqlıdır. Niyə də olmasın? Nəyimiz əskikdir?

Zəka var, imkan da var ... Yaxşı o zaman?

Bu tənlikdə əskik qalan bir rəhbər, bir Koç, bir yol göstəricisidir. Hər gün yenidən təkəri icad etməmizə gərək yoxdur. Biri artıq bunu edib. Biz bundan faydalanmağa baxaq və bayrağı irəliyə aparaq. Bütün inkişaf etmiş, sürətli yol alan, sürətli nəticə alan dünyada artıq bu sistem daha keçərlidir.

Bir fərdin həyat yolunda düzgün şəkildə və ən qısa yoldan irəliləməsi üçün doğru nöqtəyə fokuslanması şərtdir. Koçluq doğru fokuslanmanı təmin edər.

Doğru suallar doğru cavablara çatdırar.
Güclü suallar güclü cavablara çatdırar.

"Adamı hərəkətə keçirən ona deyilənlər deyil, onun özünə söylədikləridir" deyirlər.

İnsanın bir hədəf, bir layihə və ya hər hansı bir mövzuda düzgün fokuslanması o mövzuda düşünməyə, ən doğru və ən etibarlı nəticələr almasına imkan verəcək.

Koç həlli göstərməz, insanın özünün tapmasına imkan yaradar. O zaman da insanlar öz tapdıqları həlləri tətbiq edər, öz doğrularına, öz uğurlara çatar, özü "Edə bilərəm", "Etdim" duyğusuyla da gələcək uğurlar üçün zəmin yaradar. Özünə olan etibarını da bu şəkildə gücləndirmiş olur.

Koçluq sistemi şəxsin hədəflərini yazılı hala gətirməsinə şərait yaradır və onları izləyər. Beləcə fikirlərin də yalnız fikir mərhələsində qalmayıb, həyata keçirilməsini təmin edir.

Fərdin həyata keçməsini təmin edər. Koç hərəkət addımlarını qərara bağlayar və təqib edər. Dəstəkləyər, edə bilmənin gücünə dəyər verər. 

Həyata, layihəyə, məktəbə "1-0" öndə başlamaq istəyirsinizsə, bir Koça ehtiyacınız var deməkdir. Bir Koçla danışın.

ŞƏRH YAZIN