Bill Qeytsdən 11 Qızıl Qayda!

0
3521
Bill Qeytsdən 11 Qızıl Qayda!

"Microsoft" şirkətinin qurucusu,dünyanın ən varlı adamı Bill Qeytsin 11 qızıl qaydası aşağıdakılardır:
1.Həyat ədalətsizdir — buna adət edin.
2.Özünü qiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl sizdən nailiyyət gözlənilir.
3.Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız.Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.
4.Əgər,siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə,bu hələ işin başlanğıcıdır.Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.
5.Hamburger qızartmaq — ləyaqətinizi alçaldır?Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər.Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.
6.Əgər sizdə heç bir şey alınmayıbsa, o zaman bu sizin valideynlərinizin günahı deyil. Ona görə də sızıldamaq lazım deyil.Öz səhvlərinizi öyrənin.
7.Valideynlər sizə indi göründüyü kimi darıxdırıcı olmayıblar. Ola bilsin sizin hər zaman qayğınıza qalmaq onları bu cür edib.Onlar sizi yedizdirib geyindirib,qayğiniza qalıblar ki, siz bu günlərə gəlmisiz.Ona görə də öz valideynlərinizin nəslini tənqid etməzdən əvvəl özünüzdən başlayın.
8.Ola bilsin sizin məktəbdə uğursuz adamı "uğursuz"adlandırmaq nəzakətsizlik sayılır. Ola bilsin sizin məktəbdə ümumiyyətlə uğursuz şagirdlər yoxdur,amma həyatda belə deyil.
9.Həyat semestrlərə bölünmür. Sizin yay tətilləriniz olmayacaq və sizin rəhbəriniz özünüzü tapmaqda sizə kömək etməyəcək. Bunu asudə vaxtınızda özünüz etməlisiniz. 
10.Televizorda həqiqi həyat göstərilmir. Real həyatda bütün gün kafedə oturmaq və dostlarınızla boşboğazlıq etmək alınmayacaq.
11.“Botanik”lərlə (sinfin əla oxuyan şagirdləri ilə- red.) nəzakətlə davranın.Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN