Direktor olmaq yaxşıdırmı?

0
2914
Direktor olmaq yaxşıdırmı?

Bütün dünya ierarxiya üzərində qurulub. Biriləri əmr edir, digərləri əmrləri yerinə yetirirlər. Biriləri yüksəlir, digərləri batır. Lakin başqa seçim yoxdur, neytral qalmaq olmur.

Hakimiyyətə can atmaq, təkminləşmək, özünü doğrultmaq bir çox insana məxsusdur, lakin heç də hər bir kəs qoyulmuş məqsədlərə nail ola bilmir.

“Mən şirkətin direktoruyam!” Yaxşı səslənir. Lakin “mən direktoram” və “mən varlı və uğurlu insanam” mənaları heç də həmişə bir birini tamamlamır. Əksər hallarda isə tam əksdirlər. Direktor hər bir kəs ola bilər. Bu sizin biliyinizdən çox, tanışlarınızdan asılıdır.

Direktor şirkətdə ən yüksək vəzifədir. Direktorun səlahiyyətləri böyükdür: strategiya seçimindən maliyyə işlərinə qədər. Lakin unutmamaq lazımdır ki, direktor təyin olunan vəzifədir. Düzdür bəzən şirkət sahibi həm direktor, həm də baş mühasib ola bilir. Lakin bugün biz məhz təyin olunan vəzifə kimi baxsaq, direktor eyni zamanda idarə edən və idarə olunandır.

Direktorun üzərində böyük məsuliyyət olduğundan, şirkətin gələcəyi də məhz ondan asılı olur. Burada yalnız söhbət puldan getmir, burada şirkətin imici, karyera, işçilərin stabilliyi və sabaha inamı da nəzərdə tutulur.

Əgər işə məsuliyyətlə yanaşsanız, bütün gününüzü kağızların içində bataraq, hər addımı bir neçə dəfə düşünərək, milyon iş görərək keçirməlisiniz. Üstəlik direktor, öz mövqeyini saxlayan lider, siyasətçi və eyni zamanda tiran olmalıdır. Və bu heç də hər bir kəsə şamil olan xüsusiyyət deyildir.

Direktor olmaq arzusu sizi böyük dərdə sala bilər. Bu səbəbdən əgər sizə belə bir təklif gəlmişdirsə, dərhal razılıq verməyin.

Razılıq verməzdən əvvəl, sizin idarə edən və ya sadəcə imza atan olacağınızı təyin edn. Şirkət barəsində maksimum bilgi əldə etməyə çalışın. Nə qədər çox bilgi əldə edə bilsəniz, bir o qədər sizə gərar vermək asan olacaqdır.

Əsasən “nominal” direktor axtarılır. Bu tip direktorlar formal xarakter daşıyırlar və heç bir gərar qəbul etməyə hüquqları olmur. Lakin unutmaq lazım deyil ki, hüquqi baxımdan şirkətdə baş verən hər bir hadisəyə görə direktorlar qanun qarşısında məsuliyyət daşıyırlar.

Beləliklə, müxtəlif cür direktor olmaq olar:

1. “Aldadılmış” direktor. Əsasən insanları vəzifə ilə cəlb edib, sonradan şirkətin bütün maliyyə borclarını üstünə atırlar. Belə direktor rəsmi xarakter daşıyır, heçnə qazanmır, idarə etmir, lakin eyni zamanda hamıya borcludurlar.

2. “Sözə baxan” direktor. Belə direktorlar qul kimi işləyirlər, stabil maaş alırlar və eyni zamanda öz sahiblərini yedizdirirlər.

3. “Diribaş” direktor. Belə direktorlar stabil maaşdan əlavə gəlir əldə edə bilirlər. Düzdü köməkçilərinə də pay versələr, özlərinin sərvətini artırırlar.

Əsas suala cavab taparaq, unutmayın ki, belə işlər insanın bütün vaxtını alır və şəxsi həyata heç bir vaxt qalmır. Çalışın sevdiyiniz və ürəyinizcə olan işlərlə məşğul olun. Hamısından yaxşı isə öz işinizin olmasıdır. Necə deyərlər “öz əlin öz başın”.

 

ŞƏRH YAZIN