Liderlər Üçün 5 İdarəçilik Dərsi

0
3356
Liderlər Üçün 5 İdarəçilik Dərsi

Richard Branson kimdir? Öz sahəsində yetəri qədər uğur qazanmağına baxmayaraq, onu tanıyanların sayı elə də çox deyil. Tanımayan üçün məlumat verim ki, o 30 ölkədə 200-dən çox şirkəti olan “Virgin Group”u  sıfırdan quran və bu günə gətirən şəxsdir. Eyni zamanda həm lider, həm biznesmen, həm də yazıçıdır. 1950-ci ildə İngiltərədə dünyaya gəlib. İş həyatına16 yaşında “Student” adlı jurnal yaradıb reklam sataraq başlayır və sora inkişaf etməkdən heç vaxt əl çəkmir. Öz şirkətlərində tətbiq etdiyi yenilikçi fəaliyyətləriylə də tanınır. Məsələn, “Virgin Group”u heç bir şirkətində “icazə proseduru/illik icazə məhdudlaşması” kimi bir tələb qoymur. Hər kəs istədiyi qədər icazə haqqından istifadə edə bilər. İşçilərin valideynlərini ildə bir dəfə ofisə gətirmələrini, onların təcrüələrindən faydalanmalarını və onları dəyərli hissetdirmələrini həyata keçirir. Daha onlarla innovativ fikir bu adamın beyninin məhsuldur. Bunlarla yanaşı Richad 7 kitab müəllifidir.
Bu yazını yazmaq istəməyimin səbəbi də son çıxardığı və bütün dünyada böyük əks sədaya səbəb olan “The Virgin Way” adlı kitabında keçən idarəçilik dərslərinin bir qisimini sizinlə bölüşmək istəyimdir. Kitab, həqiqətən, faydalı və idarəçilər - liderlər üçün mükəmməl məlumatlar verir. Richard Bransonu əgər tanımırsınızsa, təcili tanımağınızı, heç bir kitabını oxumamasınızsa, təcili birini alıb oxumağa başlamağınızı tövsiyə edirəm. Ondan öyrənə biləcəyimiz “5 İdarəçilik Dərsi” maddələrinə keçək, buyurun:
1. Təcrübəyə deyil, səmimiyyətə əhəmiyyət verin
Richard Bransona görə təcrübə çox vaxt böyük illuziyadan başqa bir şey deyil. Həmçinin təcrübənin "mütəxəssis korluğu" kimi bir riski də var. Öz şirkətlərində işəgötürmə zamanı namizədin səmimiyyətinin təcrübəsindən daha vacib olduğunu göstərən Branson şirkətlərin və idarəçilərin təcrübə tələblərinə məna verə bilmədiyni deyir və əlavə edir: " İşəqəbul edərkən səmimi, yenilikçi, əyləncəli və xarakterli insanları seçsəniz və işi öyrətsəniz, daha çox yaxşı performans ala bilərsiniz".
2. İşçiləri hər şeydən üstün tutun
Branson işçilərini müştərilərindən belə daha önəmli hesab edən tərziylə tanınır. Ona görə standart "müştəri yoxdursa, biz də yoxuq" fikri yalnışdır. Doğrusu, "işçilər yoxdursa, müştəri də yoxdur" prinsipidir.  Yaxşı seçilmiş bir işçiyə inanıb, onu təqdir edib yolunu açsanız, o işçi sizə daha çox müştəri gətirər. Ona görə də işçilərinizlə danışın və yaxşı müasibət qurmağa çalışın. Richard Branson bütün Virgin Group işçilərinə 2 həftədə bir ümumi mail yazmaqla, bütün işçilərə evinin və mobil telefonun nömrəsini verməklə və işçiləri birdən zəng edib problemlərinin olub olmamasını soruşmaqla tanınır.
3. Xoşbəxt olmağı öyrənin
Branson kitabında Virgin şirkətini xoşbəxtliyin, səmimiyyətin və gülər üzün üstündə qurduğunu yazır. Bütün işçilərindən gözlədiyi şeyin xoşbəxtlik olduğunu xüsusi qeyd edir, ancaq bu xoşbəxtliyin şirkətə idarəçilər tərəfindən yayılmasının vacibliyini deyir. Əgər siz daxil olmaqla bütün kollektiviniz xoşbəxtdirsə, şirkət də xoşbəxt olur və faydası inanılmaz dərəcədə artır. Heç bir işçi qaşqabaqlı bir idarəçiylə işləmək məcburiyyətində deyil.
4. Uğursuzluğa icazə ver
Biznesmenlər də, işçilər də zaman - zaman risk alır. Bu riskin nəticəsi hər zaman müsbət olmaq məcburiyyətində deyil. Richard Bransona görə sınaq qorxusu, uğursuzluğa nisbətən daha böyük bir probemdir. Sınama qorxusu sizi yerinizdə saydırar, lakin uğursuz olsanız, nəyəsə cəhd etsəniz, bir addım getmiş hesab olunursunuz. Ona görə də idarəçilərin uğursuzluğa icazə verməsi bir şirkətin inkişafı üçün ən önəmli məsələlərdən birdir. Richard Branson bu mövzuda belə deyir: "Əgər bir dəfə uğursuz  oldu deyə bir işçini tənbeh etsəniz, ondan heç bir risk almayan, sadəcə verilənləri yerinə yetirən bir robot yaradacaqsınız".
5. Egonuzudan uzaq durun
Bransona görə uğurun ən vacib formullarından biri özündən daha ağıllı birilərini işəgötürəcək qədər egonla barışıq olmaq və ona layiq olduğu pulu verməkdir. Əgər bunu edəbiləcək gücə maliksənsə yaratdığın kollektiv sənin üçün möcüzələr yarada bilər. Richard Branson kitabında belə yazır: "Ancaq görürəm ki, idarəçilərin çox böyük bir hissəsi bunu təhdid olaraq qəbul edir, uzun müddətli deyil, qısa müddətli düşünürlər".

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN