Əhval Ruhiyyəni Artır!

0
5055
Əhval Ruhiyyəni Artır!

Həyat heyrətamiz bir şeydir. Udmaq üçün bütün kartlar sənin əlində olanda, o səninlə şahmat oynamağa başlayır.
Jan Reno
 
Hədəfinizə çatanda anlayırsınız ki, əslində istədiyiniz o deyil,onun xəyalıdır.
"21" filmindən
 
Bir çox insan xoşbəxtliyin nə olduğunu bilmədiyi üçün bədbəxtdir.
F.M.Dostoevski
 
Ağac heçvaxt çiçəyini atıb getməz,ağacı atıb gedən hər zaman çiçəklərdir.
A. Düma
 
İtə verilən bir sümük xeyirxahlıq deyildir. Xeyirxahlıq – siz də it qədər ac ikən onunla bölüşülən sümükdür.
Jack London
 
İnsanlar əslində dünyada nələrin baş verdiyindən xəbərsizdirlər, hətta xəbərsiz olduqlarından belə xəbərsizdirlər.
Noam Chomsky
 
Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
Məmməd Səid Ordubadi
 
Düşmənlərinizi daim bağışlayın; əhvallarını daha çox pozacaq bir şey tapa bilməzsiniz.
Oscar Wilde
 
Öz taleyinden qaçmaq lazım deyil – onsuz da qaça bilməyəcəksən.
Paulo Coelho "kimyagər"
 
Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.
Əbülfəz Elçibəy
 
Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən.
Lev Tolstoy
 
İnsanlar eşq olmadan yaşaya bilməyəcəklərini iddia edirlər. Onlara oksigenin daha önəmli olduğunu söyləyin.
Benjamin Holmes
 
Asan həyat arzu etmə, güclü insan olmağı arzu et.
Con Kennedi
 
Bəzi şeylər unudulmaz.Yanınızdaykən belə darıxdığınız, yanınızdaykən belə xatırladığınız biri kimi.
Kürşat Başar
 
"Bir gün", "bir gün" deyə irəliləyənlər "heçliyin" evinə çatarlar.
Miguel de Cervantes
 
Getmə zamanı gəlmişsə, "dayan" demənin, eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur.
Marquez
 
Bir kişi bir qadın üçün hər şeyi etməyə hazırdırsa, onu
sevmişdir. Bir qadın bir kişi üçün hər şeyi etməyə hazırdırsa, onu dünyaya gətirmişdir.
Lev Tolstoy
 
Həyat elə axmaq bir şeydir ki, susduğun zaman səni susmağına peşman edər, danışdığın zaman isə danışdığına görə peşman olarsan.
Charles Bukowski
 
İnsanlar xoşbəxtlik və azadlıq arasında seçim etməli idilər. Və əksəriyyət xoşbəxtliyi seçdi.
George Orwell
 
Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Çünki onları hamı görür.
 
Xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.
Charles Bukowski
 
Ayrılıq qaçılmaz bir sondur, kimsə istəməz amma lazımlıdır. Çünki həyat olduğu kimidir, olması lazım olduğu kimi deyil.
Osho
 
İnsanlar işığın ətrafında daha yaxşı görmək üçün deyil, daha yaxşı parlamaq üçün toplaşarlar.
F.Nitsşe
 
İnsanların az bir qismi xoşbəxt, bir o qədəri isə bədbəxtdir
Geri qalanların hamısı xoşbəxt kimi görünən bədbəxtlərdir.
O.Wilde
 
Bu dünyada, bir başqasının yükünü yüngülləşdirən heç kim lazımsız deyildir.
Charles Dickens
 
- Axı pul insanı vəhşiləşdirir, elə deyilmi?
- Hə, elə pul olmayanda da eyni cürədir.
İrvinq Stoun - Yaşamaq yanğısı
 
Başqalarının insafına qalmış bir müdrik olmaqdansa,
özbaşına bir DƏLİ olmaq daha yaxşı.
Friedrich Nietzsche
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN