Xəttini göstər, deyim...

0
6532
 Xəttini göstər, deyim...

Qrafologiya - xətt və imzaya əsasən insan psixologiyasını öyrənən elmdir.

İnsanların şəxsiyyətini “açmaq” üçün bizə iki şey lazımdır: xəttin yazılma sürətinə və xətdəki gərginlik səviyyəsinə diqqət yetirmək. Sürət asta tempdən yüksəyə, gərginlik isə zəifdən güclüyə və ya əksinə dəyişə bilər.
 
Əvvəl nəzəri cəhətlərə baxaq, sonra təcrübəyə keçərik:
Qrofoloji əlamət kimi xətdə sürət çox əhəmiyyətlidir. Sürət insan şəxsiyyətinin  “mühərriki” rolunu oynayır. O, insanın daxili aktivliyini, naturanın fəaliyyətini, hərəkətliliyi, təşəbbüskarlığı, ruh yüksəkliyini, müəyyən məqsədə yönəlməyi və nəticəliliyi əks etdirir.
 
Yazıda sürətin olmaması və ya zəif olması insanın passiv həyat tərzi sürməsi və baş verən hadisələrdə az iştirak etməsindən xəbər verir.
Xətdə sürətin mövcudluğu, onun zəif və yüksək olması, yazının şuxluğundan, itiliyindən, ölçüsündən,hərflərin enindən və mailliyindən (iri, enli və sağa əyilmiş hərflər yazının sürətli olduğunu göstərir), sözlər arasındakı fasilədən (məsafə nə qədər böyükdürsə, demək, sürət bir o qədər aşağıdır) bilmək olur.
 
Yazıda gərginlik və zəifləmə də əsas parametrlərdən biridir. Gərginlik-iradə, güc, səbir, mənəvi dəyərlər, ideal kimi keyfiyyətləri göstərir. Buraya hətta psixoloji amillər olan şərəf, kompleks, günah hissini də daxildir.
 
Yazıda zəifləmə daxili azadlıq, yüngüllük, səmimilik və spontanlıqdan xəbər verir.
Yazıda gərginlik bu əlamətlərlə ölçülür: kələ-kötürlülük, artıq hərflərin olması, bəzəkli yazmaq, hərflərin burulması,sərt, dəqiq cizgilər.
İki parametri bir-birindən ayıra bildiyiniz üçün indi yazı vasitəsi ilə insan temperamentini müəyyən etməyin yollarını göstərək.
Demək, bizim əlimizdə sürətli və asta, həmçinin də, gərginlikli və zəifləmiş yazı var. Bununla da biz, 4 uyğunlaşdırma alırıq. Məhz bu dörd variant insanları 4 tipə böləcək:
 
Sürətli və gərginlikli yazı – sanqvinik
 
Asta və gərginlikli yazı – fleqmatik
 
Sürətli və zəifləmiş yazı – xolerik
 
Asta və zəifləmiş yazı – melanxolik
 
Sanqvinik. Sürətli və gərgin yazı
Əlamətlər: canlılıq, məkanı dolduran yazı, formanın dəqiqliyi, hərflərin hərəkətliliyi, dinamiklik.
 
Fleqmatik. Az gərgin yazı.
Əlamətlər: basılaraq yazılmış hərflər, xırdaçılıq, sıxlıq və oxunaqlılıq. Hərflər son dərəcədə dürüst yazılıb.
 
Xolerik. Sürətli və getdikcə zəifləmiş yazı.
Əlamətlər: dəyişkən hərflər, iri, geniş yazı, sağa meyillilik
 
Melanxolik. Asta və getdikcə zəifləmiş yazı.
Əlamətlər: hərflərin dayanıqlığı yoxdur, zəif basılıb, ümumi kələ-kötürlülük, cansızlıq, nazik və solğun hərflər. Cizgilər itir.

ŞƏRH YAZIN