250-Dən Çox Infarkt Keçirdi

0
2334
250-Dən Çox Infarkt Keçirdi

Türkiyədə sürücülük edən Nuri Teke iş üçün Aydın şəhərinə gedib və orada infarkt keçirib.

Elə hər şey də bundan sonra başlayıb. 3 gün ərzində 250-dən çox infarkt keçirən və 150 dəfə ürəyi dayanan sürücünü hər dəfə həyata qaytara biliblər. İzmirdən Aydına gedən Teke yolda halının pisləşdiyini hiss edib. Xəstəxanaya aparılandan sonra da bir neçə dəfə narahatlıq yaşayan sürücü eyni gündə iki dəfə əməliyyat edilib.
 
Lakin bütün müdaxilələrə baxmayaraq infarkt riski getdikcə çoxalan adamı özəl xəstəxanaya sövq ediblər. Oradakı həkimlər həm ölkədaxili, həm də digər xarici həmkarları ilə məsləhətləşərək xəstənin müalicəsinin mümkün olduğunu bildiriblər. Lakin həmin müalicə sadəcə İzmir və Denizlidə olduğu üçün xəstə təcili şəkildə xüsusi hazırlanmış tibbi yardım maşını ilə aparılıb.
 
Həkimlər həm də polislərlə ortaq əməliyyat keçiriblər. Belə ki, polis qüvvələri xəstəxanaya gedən bütün yolları boş saxlayıb və Teke xəstəxanaya vaxtında çatdırılıb. Orada isə Tekenin ürəyinin normalda 70 dəfə atmalı olduğunu, lakin onun ürəyinin dəqiqədə 700 dəfə döyündüyünü görüblər. Keçirdiyi infarklatın səbəbi də elə bu olub.
 
Həkimlərdən biri “Bu qədər vaxtdır birinci dəfədir başıma belə iş gəlir. Yaşayacaq ömrü var imiş” deyib.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN