Adolf Hitler kimdir???

0
11389
Adolf Hitler kimdir???

 Almaniya prezidenti kimi tanıdğımız Adolf Hitler haqqında nələr bilirsiniz? Tarixi şəxsiyyət kimi tarixə iz salan birini daha yaxşı tanımağımız gərəkməzmi? Odur ki, onu tanıyaq.


Hitler alman prezident olmaqla yanaşı, nasizm ideyasının yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri idi. 

Avstriyanın Braunau şəhərində dünyaya göz açan Adolfun atası Alois Hitler əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləyib. Anası Klara Hitler gələcək həyat yoldaşının əmisi qızı idi amma eyni zamanda onun evində qulluqçu kimi çalışıb. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul edib.

Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən, özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat ediblər. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirib.

Ata anasız böyüyən Adolf 16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir.

1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçən Adolf Hitler burada o akvarel satmaqla dolanır. 1914-cü ilin sentyabrında Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir. Həmin ilin dekabrında II dərəcəli Dəmir Xaç ordeni ilə təltif olunur. 1916-ci il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır. 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır. 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. 1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir. Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir. Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.

Alman ordularının həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərib.

1918-ci ilin sonunda kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitlerin siyasi fəaliyyəti də elə buradan başlayır. Tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrilir və onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Alman Nasional Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.

Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer – rəhbər) ləqəbi verirlər.

Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. 

Bəs Hitleri Stalindən fərqləndirən nədir? 

Hitler köhnə Nasist qvardiyasının üzvlərinə qarşı repressiyalara həvəssiz, yalnız məcburiyyət qarşısında yol verirdi. Hətta Remə qarşı əməliyyata da uzun düşüncələrdən sonra, az qala ürək ağrısı ilə razı olmuşdu. Remin dəstələrinin günahı böyük olsa da, Hitler bu adamların sədaqətini yüksək qiymətləndirirdi. 

Stalinlə Hitler arasında böyük fərqin öz izahı var. Artıq deyildiyi kimi, Lenin qvardiyası Stalini bir lider, Leninin qanuni varisi kimi qəbul etmək istəmir, ona, hakimiyyəti oğurlamış bir «quldur» kimi baxır, onu devirmək üçün yollar arayırdı və öz hakimiyyətini saxlamaq üçün Stalin ən qəddar metodlara əl atmalı olurdu. Hitler isə özü öz partiyasını qurmuşdu və onun Stalinin istifadə etdiyi üsulların köməyinə, «parçala və ağalıq et» prinsipinə ehtiyacı yox idi. Hitlerin hətta rəqibləri — Ştrasser də, Rem də gözəl başa düşürdülər ki, onu əvəz edə bilməzlər. Onlar Hitlerdən narazı olduqlarına görə deyil, Hitler onlardan narazı ola biləcəyindən qorxduqlarından Hitlerin təkhakimiyyətliyinə müqavimət göstərmirdilər.

Anasını 1908-ci ildə dəfn etdikdən sonra Hitler ona miras qalmış son pulları xərcləyərək klirayələdiyi bir otaqda yaşayır və yaxın bir adamı olmadığından getdikcə daha çox özünə qapılırdı. Yeganə məşğuliyyəti öz otağında ya da kütləvi kitabxanada kitab mütaliə etmək idi. Lakin 1909-cu ilin payızında son pulları da qurtardı. İndi o parkdakı skamyaların üstündə ya da kiminsə qapısı ağzında gecələyirdi. O, dilənçiliyin son həddinə çatmışdı, monastra bir nimçə sup dilənməyə gedirdi. Onu Reyngold Haniş xilas etdi. Haniş də onun kimi səfil idi, lakin çarəsiz vəziyyətlərdə çıxış yolu tapmağı bacarırdı. Hitler akvarel boya ilə şəkillər çəkir, Haniş isə satırdı. Bir müddət sonra Hanişlə araları dəydikdən və dostu onu tərk etdikdən sonra Hitler zərrəcə də narahat olmadı, o, artıq özü satmağı öyrənmişdi.

Hitler Xeyriyyə cəmiyyətindən birinin təşkil etdiyi kişilər sığınacağında yaşayır və vaxtının çoxunu oradakı oxu zalında keçirirdi. Hitler, adətən, səssizcə oturub şəkil çəkirdi, lakin siyasətdən, yaxud sosial problemlərdən söhbət salanda, onun sifətinin ifadəsi dəyişir, o, ayağa sıçrayaraq sanki izdiham qarşısında imiş kimi həyəcanla nitq söyləyirdi. Sonra qəfildən nitqini kəsir, əlini yelləyərək oturur və yenə şəkil çəkirdi. Adama elə gəlirdi ki, o, qeybdən gələn vəhylə danışır və vəhy qurtarandan sonra susurdu.

ŞƏRH YAZIN