Avropada pulsuz edə biləcəkləriniz

0
10990
Avropada pulsuz edə biləcəkləriniz

Yeni bir şəhərə səyahət etdikdə bir çamadan pul xərcləməli olacağınızı düşünməyin. Avropa dedikdə ilk düşündüyümüz fikir «ora getmək üçün çoxlu pul lazımdır» olur. Ancaq bahalı Avropa ölkələrinin pulsuz tərəfləri də var. Həmin ölkələrdə pulsuz zövq ala biləcəyiniz şeyləri təqdim edirik.


1. Sürixdə pulsuz şokoladlar yeyə bilərsiniz. Bu, məhz ora getmək üçün gözəl bir səbəbdir. Pulsuz şokolad yemək, şokolad muzeylərini pulsuz gəzmək, Lindt və Sprungli şokolad markalarını dadmaq, bundan başqa nə istəyirsiniz?

2. Kopenhagendə pulsuz velosipedlərdən yararlanaraq, bütün səyahətinizi bununla etsəniz, axşam bahalı restoranlarda yemək yemək üçün bütün pulunuz özünüzə qalacaq.

3. Edinburqda festivallar pulsuzdur. Hətta pulunuz cibinizdə qala-qala bu festivalları izləsəniz, daha çox güləcəksiniz. 

4. Parisdə hər ayın ilk bazar günü pulsuz ən möhtəşəm 10 sənət əsəri ilə tanış olmaq imkanınız olacaq.

5. Amsterdamda hər çərşənbə günü «Consertgebouw» zalında günortadan sonra pulsuz konsertlərə qatıla bilərsiniz.

6. Möhtəşəm muzeylərə ev sahibliyi edən Londonda tarix muzeyi pulsuzdur. İndiyə qədər dinozavr sümükləri görməmisinizsə, mütləq ora gedin. Onsuz da pulsuzdur.

7. Madriddə Del Prado milli muzeyi ən dəyərli sənət nümunələrinə ev sahibliyi edir. Əgər ora çərşənbə axşamı və şənbə günü getsəniz, pulsuz daxil ola bilərsiniz.

8. Dublinin məşhur Triniti kollecində ədəbiyyat mərasimləri pulsuz təşkil edilir.

9. Barselonada olarkən möhtəşəm Gaudi memarlıq əsərlərini mütləq izləməlisiniz.

10. Romada təşkil edilən tarix əsərləri sərgiləri pulsuzdur.

ŞƏRH YAZIN