Alman araşdırmaçı Heyner Rinderman Avropa ölkələrinin IQ göstəricilərini hesablayıb. Siyahıda İngiltərə (102), Hollandiya (102), İslandiya (101) kimi ölkələr üst sıralarda yer alıb. Bununla yanaşı, növbəti sıralarda müvafiq olaraq İsveçrə (101), İtaliya (101), İsveç (101) və Avstriya (101) qərarlaşıb.
Avropanın digər inkişaf etmiş ölkələrindən Fransa (100) və İspaniya (98) isə siyahıda orta sıralarda qərarlaşıb.
Qonşu ölkə Rusiya isə 99 xalla siyahıda özünə yer tapıb. Türkiyə (88), Bosniya (84) və Albaniya (83) isə son pillələrdə yer alıblar.