Ay uçan quşlar ...

0
4659
Ay uçan quşlar ...

 Quşları seyr etmək çox insanın xoşuna gələr. Onların uçuşu sanki insana rahatlıq verir. Bəs siz quşlar haqqında nə bilirsiniz???


1. Quş bədəninin normal temperaturu adətən insan bədəninin tempraturundan 7-8 dərəcə yuxarıdır. Quş tərəfindən nəfəs alınan havanın 3/4-ü bədənin soyuması üçün istifadə olunur, çünki quşlarda tərləmək qabiliyyəti yoxdur.
 
2. Quşun ürəyi dincələn vaxt dəqiqəyə 400 zərbə tezliklə və uçuş vaxtı dəqiqəyə 1000 zərbədən yuxarı döyünür.
 
3. Hava kisələri quş bədəninin həcminin 1/5-inə qədər tuta bilər. Onlar bütün quşlarda var, hətta uçmağı bacarmayan pinqvinlərdə və dəvəquşularda da.
 
4. Dünyada tək qanadsız quş – Yeni Zelandiyada yaşayan kivi quşudur. Kividə quyruq yoxdur və onun lələkləri sıx yuna daha çox oxşaryır. Kivi zahiri görünüşü və vərdişləri ilə başqa quşlardan o qədər fərqlənir ki, avstraliya zooloqu Uilyam Kalder XX əsrin başlanğıcında onlara "hörmətli məməlilər" ləqəbini verdi.
 
5. Niyə köçəri quşlar bir zolaq üzrə uçur? İş ondadır ki, hər quş qonşu quşların qanadlarının hərəkətindən gələn hava axınında uçur və bu hava axını enerjini saxlamağa kömək edir. Energetik nöqteyi-nəzərdən ən əlverişsiz vəziyyətdə sürünün başçısı olur. Buna görə ən güclü və dözümlü o olmalıdır.
 
6. Qağayıların sürəti saatda 160 kilometrə çatır. Uzunqanadların, göyərçinlərin və cüllütlərin sürəti 300 km/saata çata bilər.
 
7. Kolibrilər hər 10 dəqiqədə bir yeyirlər. Hər gün onlar şəxsi çəkisindən iki dəfə daha çox nektar yeyirlər. Yeri gəlmişkən kolibrilər – dünyada tək quşdur ki, geriyə uçmağı bacarır.
 
8. Tək məşhur zəhərli quş – iki rəngli qaratoyuq milçəkqapandır (Pitohui dichrous) — Yeni Qvineyadan sərçələr dəstəsinin quşudur. Quşun zəhərliliyinin səbəbi onun qidalanması ilə əlaqədərdir: milçəkqapan Choresine pulchra juklarını yeyir və bu jukların orqanizmində batraxotoksin zəhəri olur. Quşun özündə bu zəhərə immunitet yaranır, amma insanlarda və başqa heyvanlarda bunu demək olmaz. Zəhər milçəkqapanın dəri və lələklərində olur. Onunla təmas vaxtı insanda kimyəvi yanıq ola bilər. Xırda heyvanlar yerindəcə həlak olurlar.
 
9. Hərbi mükafata layiq görülmüş tək quş – poçt göyərçini Şer Ami`dir. Birinci dünya müharibəsi vaxtı xəbəri çatdıraraq o gözünü və ayağını itirdi. O "Qoçaqlıq üçün" medalı və ayağına protez aldı.
 
10. Amerika qrif-hindisi mühəndislərə yeraltı boru kəmərlərinin zədələndiyi yerləri müəyyən etməyə kömək edir. Axan yanacaq leş qoxur və onunla bu quşlar qidalanır. Belə yerdə yığılaraq quşlar təmirçilərə göstərirlər ki, məhz buranı təmir etmək lazımdır.

ŞƏRH YAZIN