Başındakı güllə ilə qırx səkkiz il yaşadı.

0
1835
Başındakı güllə ilə qırx səkkiz il yaşadı.

Baş ağrısından şikayətlənərək həkimə gedən çinli qadının 48 il kəlləsində güllə gəzdirdiyi üzə çıxıb.çinli qadın on ildir davam edən baş ağrıları, burun tutulması və limfa düyünlərinin şişməsi şikayəti ilə həkimə müraciət edib. Qadını müayinə edən həkim onun kəlləsindən uzunluğu 2.5 sm, eni isə 0.5 dm olan gülləni dərhal əməliyyat edərək götürüb.   Çinin Liaoninq bölgəsində yaşayan Zao başındakı güllənin onu öldürmədiyi üçün çox xoşbəxt olduğunu söyləyib. Sağlamlığına qovuşduğu və ailəsi ilə birlikdə olduğu üçün onu əməliyyat edən həkimlərə təşəkkür edib. Çinli qadının başından harada güllə alması isə naməlumdur. Həkimlər güllənin Zaonun burnunda batıb qaldığını, beyninin zərər görməməsi üçün təcili əməliyyat etdiklərini açıqlayıb.

 

ŞƏRH YAZIN