Bərbərlik Sənətinin Maraqlı Tarixçəsi

0
3702
Bərbərlik Sənətinin Maraqlı Tarixçəsi

Bərbərlik peşəsinin tarixi ta qədimlərə gedib dayanır. İnsanlar bu sənətə ehtiyac duyduqları qədər də, hörmət edirlərmiş. Tək xarici görünüşə qulluqla bağlı yox, həm də yaxşı həmsöhbət olduqları üçün onları sevirdilər. 

Belə ki, Yaponiyada Edo (1603-1867) dövründə (Edo o zamanlar Yaponiyanın baş şəhəri olub) kişilər alınlarını, başlarını qırxdırırdılar və saçlarının qalan hissəsini də müəyyən edilmiş ciddi formada yığırdılar. Bu səbəbdən bərbərlərin işləri həmişə çox olurdu və bərbərlərə həmişə ehtiyac olurdu. Həm də dəlləklər bütün günü müştərilərlə söhbətlər edib, çənə vururdular. Belə ki, dəlləklərin hər şeydən, hər yerdən — bir sözlə bütün olanlardan məlumatları olurdu. Bu səbəbdən də Edo şəhər hakimiyyəti dəlləklərin boynuna bir “vəzifə” də qoymuşdur ki, hər gün bütün eşitdikləri, bildikləri, gördükləri haqqında hakimiyyət nümayəndələrinə məlumatlar versin. Bu da ondan irəli gəlmişdir ki, o zamanlar Edo şəhərindəki evlərin əksəriyyəti bir-birinə çox yaxın və taxtadan idi. Demək olar ki, hər gün dəhşətli yanğınlar baş verirdi və yanğınlar ölümlərlə nəticələnirdi. 

Edo şəhərində evlər bir-birinə bitişik və taxta olduğundan,bir evə düşən yanğın bir məhəllənin yanıb kül olmasına, yüzlərlə adamın yanıb ölməsinə səbəb olurdu. Bu səbəbdən, bilərəkdən, qəsdlə ev yandırmaq hakimiyyət tərəfindən ölümlə cəzalandırılırdı. Bilərəkdən, qəsdlə yanğın çıxartmaq müxtəlif səbəblərdən ola bilərdi: oğurluq məqsədilə, düşmənçiliklə, soyğunçuluq məqsədilə, könlü qırıq qızların qisas alması məqsədilə və hətta acgöz tacirlərin öz tikinti materiallarını satmaq məqsədilə və s. Yanğınların qarşısının alınması və yanğını törədənlərin tez tapılmasını təmin etmək üçün bərbərlərin məlumatlarından istifadə edilirdi. Yerli hakimiyyətin göstərişi ilə şəhərdə olan bərbərlərin hamısı hər gün öz məhəllə polislərinə eşitdikləri və gördükləri haqda məlum verməli idi. Qeyd etmək lazımdır ki, şəhər bərbərlərinin verdikləri məlumatlar əsasında neçə-neçə yanğınların və cinayətlərin qarşısı alınırdı.

Müasir Yaponiyada bütün tikililər beton və şüşədən olduğu üçün yanğının heç də elə bir qorxusu və ziyanı olmasa da, indi özünəqəsd hələ də bir problem olaraq qalmaqdadır. Özünəqəsdə görə Yaponiya dünyada birinci yerdə idi. Bu ondan irəli gəlmişdir ki, hələ lap qədimlərdən Yaponiya mədəniyyətində və dinində özünəqəsd qadağan olunmamış, əksinə, bu bəzi hallarda fəxr olunmalı bir əməl hesab olunmuşdur. Özünəqəsd ta qədimdən indiyədək gəlmiş və yaponlar üçün qarşısıalınmaz bir bəlaya çevrilmişdir. Keçmişdə olduğu kimi,indi də Yaponiyada bunun qarşısını almaq üçün bərbərlərin köməyindən istifadə edirlər. Yəni, müasir bərbərlər bərbər peşəsini öyrənməklə yanaşı,xüsusi psixologiya dərsləri də keçirlər. 

Bərbərin yanına gələn müştərilər istər-istəməz öz problemləri haqda danışırlar. Belə olan halda, psixologiyadan məlumatı olan bərbərlər onlara lazımi məsləhətlər verərək, onlardakı psixoloji gərginlikləri tam azaldır və bir çoxlarını özünəqəsd fikrindən yayındırır. Toyami şəhərinin qanunvericilik orqanlarının göstərişi ilə bərbərlər və digər məişət sahəsində işləyənlər üçün xüsusi ilkin psixoloji yardım göstərmək kursları açılmışdır ki, burada bərbərlər və digər məişət sahəsi işçiləri öz müştərilərinə ilkin psixoloji yardımlar görtərmək üçün xüsusi dərslər keçirlər. Verilən məlumatlara əsasən, bunun çöx böyük səmərəsi olmuşdur.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN