Bu bağlılıqlar barədə eşitmişdiniz???

0
3056
Bu bağlılıqlar barədə eşitmişdiniz???

 Həyatımızda bir çox bağlılıqlar var. Sevdiyimiz insana bağlılıq, əşyaya bağlılıq, işə bağlılıq... Amma elə bağlılıqlar var ki, eşitsəniz siz də təəccüblənəcəksiniz. 


1. Cartacoethes (Xəritə bağlılığı)
 
İnsanların baxdıqları hər yerdə xəritə görmə bağlılığı olaraq açıqlanar. Hətta bu bağlılıq bəzən sərhədləri aşıb , yeməklərin belə xəritə şəklində görmələrinə səbəb ola bilir.

2. Gamomani (Evlilik bağlılığı)
 
Heç eyni anda bir neçə adama evlilk təklifi edən biriylə qarşılaşdınızmı? Gamomani bağlılığı olan kəslər eyni anda birdən çox adama evlilk təklifi edir. Psixoloji bir narahatlıq olaraq görülən bu bağlılıq, istək xarici inkişaf edir.

3. Onomatomani (Söz təkrar etmə bağlılığı)
 
Bu, adamın müxtəlif sözlərə qarşı olan bağlılığıdır və beynində eyni sözü dəfələrlə təkrarlamasına səbəb olar. Bu səbəblə adam danışarkən də eyni sözə ilişib qalar.

4. Klinomani (Yataqdan çıxmama bağlılığı) 
 
Qış soyuğunda yataqda bir az daha çox qalma istəyiniz heç də qəribə deyil. Lakin bu yuxu bağlılığı bəzən sizləri qarlı və yağışlı günlər boyunca yataqda tutmağa səbəb ola bilər. Bu səbəblə psixoloji olaraq da adamı depressiyaya sala bilər.

5. Demonomania (Pis ruhların bədəni zəbt etməsi düşüncəsi)
 
İnsanların, bu cür insanların varlığından xəbərdar olması, özlərinin də pis ruhlar tərəfindən zəbt edildiklərini düşündürə bilər. Bu mövzunu işləyən çox film izləmək belə bir asılılıq yarada bilər.

6. Enosimania (Günahkar olduğuna inanma düşüncəsi)
 
İnsana davamlı günah işlədiyini düşündürən bu bağlılıq, zamanla nəfəs darlığı , tərləmə, ürəkdə ritm pozğunluğu kimi xəstəlik əlamətlərinə da səbəb ola bilər.

7. Trikotilomani (Saç çəkmə bağlılığı)
 
Bu bağlılıq əslində adamda idarə pozuqluğu səbəbiylə yaranan bir xəstəlikdir. Adamın bədənindəki tükləri davamlı qopararaq özünə zərər verməsinə səbəb olar.

8. Ablutomani (Yuyunma bağlılığı)
 
Heç, davamlı əllərini yuyan insanları fərqinə vardınızmı? Əlbətdə ki tualetdən çıxdıqdan dərhal sonra əlləri yumaqda heç bir qorxu yoxdür, lakin ya adam hər hansı bir obyekti tutduqdan sonra belə əllərini yumaq istəyirsə? Bu bağlılıq, insanın keçirdiyi ruhsal depresiyadan sonra ortaya çıxmasıyla əlaqədardır.

9. Abulomani ( Qərarsızlıq)
 
Əlbəttə ki hamımız müxtəlif qərarlar qəbul edərkən çətinlik çəkirik. Bəs ən kiçik qərarlarda necə? Bax o zaman bu bir narahatlıqdır. Bağlılıq halına gəldisə də bu daha təhlükəlidir.

10. Doromani (Hədiyyə bağlılığı)
 
Hamımız hədiyyə almağı sevərik, nə də olsa hədiyyəni verdiyimiz insanı xoşbəxt edirik. Lakin bu gözəl vərdiş belə bəzən bağlılığa çevrilib, həyatımız məhv edə bilər. Bu bağlılığa sahib kəslər vaxtının çoxunu hədiyyə axtararaq keçirər.

ŞƏRH YAZIN