Bu Əsərlər İnsan Beyninə Fərqli Təsir Edir!

0
6115
Bu Əsərlər İnsan Beyninə Fərqli Təsir Edir!

Ədəbiyyatın “müalicəvi” xüsusiyyətini əsas tutan elm adamları insan beyninə fərqli şəkildə təsir edən 10 kitabı müəyyənləşdirib. Bu romanların insan beynini inkişaf etdirdiyini, xarakteri dəyişdiyini və ünsiyyət qurmağı asanlaşdırdığını bildiriblər.

Toronto universitetinin mütəxəssisləri psixiatr Keit Otli və İnqrid Uikelqrennin “Scientific American” jurnalında dərc olunan məqalələrində deyilir ki, roman qəhrəmanları ilə təmas həm xəyal dünyasını zənginləşdirir, həm də sosial əlaqələri gücləndirir. Həmin siyahıda yer alan romanlar aşağıdakılardır:

1. İohann Volfqanq Höte – “Gənc Verterin iztirabları” (1787-ci il) Romanda özünə qəsd edən qəhrəmanın faciəli həyatı təsvir edilir.

2. Ceyn Ostin – “Eşq və qürur” (1813-cü il) Roman 18-ci əsrdə İngiltərədə keçən unudulmaz bir eşq hekayəsindən bəhs edir.

3. Nataniel Hotorn – “Qırmızı ləkə” (1850-ci il) Romanda cəmiyyətin eşq, günah, ədalət, zülm kimi məfhumlarından söhbət açılır.

4. Qustav Flober — «Madam Bovari» (1856-cı il) Bu roman romantizm axınına qarşı olub, realizmin ilk nümunələrindən sayılır.

5. Corc Eliot – “Middlmark” (1870-ci il) Romanda qadınların rolu, evlilik xüsusiyyətləri, din və riyakarlıq, siyasi islahat mövzularına toxunulur.

6. Lev Tolstoy – “Anna Karenina” (1877-ci il) Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən və patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında dağılmasından söhbət açılır.

7. Virciniya Vulf – “Xanım Dallovay” (1925-ci il) Romanda var olma, feminizm, homoseksuallıq kimi mövzulardan bəhs edilir.

8. Toni Morrison – “Sevgili” (1987-ci il) Roman ,əsasən, eşq, azadlıq, köləlik kimi mövzuları əhatə edir.

9. J.M. Coetzee – “Utanc” (1999-cu il) Romanda iki dəfə evlənib boşanmış qəhrəmanın həyatından, həmçinin, siyasi, psixoloji bir dəyişiklik yaşayan insandan danışılır.

10. Möhsün Həmid- “Könülsüz fundementalist” (2007-ci il) Roman pakistanlı gəncin Amerikadakı həyat hekayəsindən bəhs edir.

Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN