Olduğun Kimi Görün

0
3853
Olduğun Kimi Görün

Nə qədər gözəl bir söz deyilmi? Qulağa xoş gələn...Olduğun kimi görün! Amma heç kim buna ciddi yanaşmır. Ruhları oxşayan bir söz ancaq kimsə bu sözü eşitmir. İnsanlar olduqları kimi görünməkdən çəkinirlər. Çünki digər insanlar onları tənqid edər deyə qorxurlar.

Haqlıdılar. Digər insanlar olduqları kimi görünən saf-doğru özü-sözü bir olan insanlara damğa vurarlar. Aralarından sürgün edərlər. Kənarlaşdırarlar.
 
Doğru söyləyəni niyə 9 kənddən qovarlar hesab edirsiniz?
 
Bir dəfə daima gülən bir adam izləmişdim.Demək olar ki hər şeyə gülürdü. Dəfn mərasimlərində belə ağlına gülməli bir şey gələndə özünü saxlaya bilmiyib gülürdü. İnsanlar bunun dəli olduğuna qərar verdilər.Danladılar və kənarlaşdırdılar. O da evə qapandı və heç kim ilə danışmamağa qərar verdi. Adam maska taxmağı sevmirdi. Ən təbii halını olduğu kimi maskalanmamış çölə əks etdirirdi. İnsanlar isə bu vəziyyətdən razı deyildi. Nəticədə onu kənarlaşdırdılar.
 
Bir dəfə müdir yenə iyrənc bir lətifə danışırdı. Ətrafdakı işçilərin qəhqəhələri kənardan belə eşidilirdi.Bir tək katibə gülmürdü, bu lətifəyə. On nəfər arasından müdir katibənin gülmədiyinə görəndə soruşdu. Niyə gülmürsən deyə. Katib cavab verdi. "Lətifən heç gülməli deyil, gülməli hesab etmiyənlər gülməyə davam etsin, artıq mən buna dözmək məcburiyyətində deyiləm. Bundan başqa, sabah işdən çıxıram"! Dedi.
 
Elədir,müdirin dediyi lətifəyə gülmək məcburidi.Gülmək ən təbii hal ikən məcburən gülmək nə qədər çirkindir..
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN