Özgüvən Problemi Nədir?

0
3922
Özgüvən Problemi Nədir?

Çox insan gündəlik həyatında qarşılaşdığı problemləri həll etməkdə çətinlik çəkir.Bunun ən əsas səbəblərində biri isə ilk növbədə özgüvən problemləridir.

Bir çox insan özgüvən çatışmazlığı üzündən uğurlu olduğu işlərdə irəli gedə bilməmişdir. Məsələn, məktəb həyatında rahatlıqla keçəcəyi bir imtahandan özgüvənsizliyi ucbatından imtahanı bildiyi hətta o barədə çox yaxşı olduğu halda keçə bilməmişdir.
 
Özgüvən nöqsanlarının ən başında ailə təzyiqinin və  ətraf mühitin təsiri olduqca çox olduğu görünməkdədir. Sən edə bilmərsən! Bu işi həll edə bilmərsən!Qətiyyən onu etmə sən çox çətinlik çəkərsən! Bu tərz cümlələr ilə qarşı-qarşıya qalan fərd bəlkə çox yaxşı olacağı və bacara biləcəyi bir məsələ üzərində ətraf  mühitin təsirindən dolayı  sınamamışdır.
 
İllər sonra fərd geriyə baxanda kaş kimsəyə qulaq asmasaydım bu işimi davam etdirsəydim, ya da bu işi görsəydim deyə peşmanlıqlara qapılır.
 
Buna mane olmaq və bu peşmanlıqları yaşamamaq üçün ilk növbədə özünüzə inanmalı,itirməkdən qorxmamalı və ən əsası gələn mənfi fikirlərə qulaq tıxamaq lazımdır.
 
Beləliklə xəyalınızda yerləşən hədəflərə nail olmağınız daha asan ola bilər. Bundan başqa peşmanlıqlarınızı azaltmağınızda kömək olacaqdır.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN