Bu Şəhər Qanun Tanımır!

0
2540
Bu Şəhər Qanun Tanımır!

Bu şəhərdə 50 min adam bir neçə blok içində sıxışıb qalırdı. Bu səbəbdən dünyada əhalinin ən sıx məşkunlaşdığı şəhər kimi tanınırdı. 

Kovloon Valled City adlandırılan şəhər əslində, 20-ci  əsr boyunca Hong Kong yanında böyüyən köhnə bir Çin hərbi qalası idi. Qala ətrafının İngilis rəhbərliyinə keçməsiylə və əhalinin artmasıyla ətrafı divarlarla örtülü bir sahəyə çevrildi. Xüsusilə 2-ci Dünya Müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zaman içərisində yıxıldı. 

Uzunluğu 210 metr, eni 160 metr olan böyük  bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə, 1987-ci ildə 33 minə çatan əhalisiylə orta böyüklükdə bir şəhər halını aldı. Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir. İstanbulda kilometr kvadrata düşən adam sayı ortalama 2 min 400-dürsə, bu rəqəm burada 1 milyon 250 min adama çıxır. Şəhər zaman keçdikcə və əhali artdıqca qanunsuz bir şəhərə çevrildi. Bölgədə narkotik istifadəsi, fahişəlik,qumar adi hala çevrilib. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN