Bu simvollar nəyi ifadə edər???

0
4466
Bu simvollar nəyi ifadə edər???

 Bərəkət, mehribançılıq, uğur hər bir evə və iş yerinə mütləq lazımdır. Bəzi simvollarla evinizdə və ya iş yerinizdə bunları əldə edə bilərsiniz.  


Jin Chan: Bərəkət qurbağası 

Feng Shui fəlsəfəsinin əsas simvollarından Jin Chan-ın olduğu yerə pul və bərəkət gətirdiyi deyilir. Bir Çin mifinə görə Jin Chan-ın həyat yoldaşı 8 ölümsüzdən biridir. Əfsanəyə görə həyat yoldaşının ölümsüzlüyünü qısqanan Jin Chan ölümsüzlüyü ondan oğurlamağa çalışır. Həyat yoldaşı Jin Chanı cəzalandırmaq üçün onu qara qurbağaya çevirir. 

Başqa bir əfsanəyə görə isə qurbağa insanları yeyən canavardır. 8 ölümsüz tərəfindən cəzalandırılır. 

Qurbağa ehtiyacı olan insanların evinə pul və bərəkət gətirərək günahlarını yumağa çalışır. Bərəkət qurbağasını qapıya yaxın, lakin evin içinə baxan formda yerləşdirin. 

Maneki-Neko: Pişik 

Şərq fəlsəfəsinin ən güclü təmsilçiləri yaponların inancalarına görə, Maneki-Neko olduğu hər yerə həm uğur gətirir, həm də bədliklərdən qoruyur. Yapon miflərindən birində deyilir ki, 17-ci əsrin ortalarından Tokio yaxınlarında Gotoku-Ji məbədi olduqca pis vəziyyətdə olur. Məbəddə qalan son keşiş pişiyi ilə çətin günlər yaşayır. Bir gün samuraylar məbədin yanındakı ağacın kölgəsində dincəlmək istəyərlər. Pişik əli ilə onları çağırır və samuraylar məbədə daxil olarlar. Bundan sonra böyük fırtına qopar. Bir az əvvəl samurayların oturmaq istədiyi ağacı şimşək vurar. Beləcə pişik onların həyatını xilas edər. Samuraylar fırtına yatdıqdan sonra sığınacağı tərk edərlər. Həyatlarını xilas edən keşiş və pişiyə isə bərəkətli torpaqlar bağışlayarlar. 

Maneki-Neko ağ olsa, xoşbəxtliyi, sarı olsa, pulu, qara olsa, sağlamlığı bildirir. Pişik sol əlini qaldırsa, ofisinizə bərəkət gələcək, sağ əlini qaldırsa, evə mehribançılıq və əmin-amanlıq bəxş edəcək, deməkdir. 

5 Element Pagoda 

Metal, su, taxta, od, və torpağın simvolu Pagoda, Feng Shui fəlsəfəsinin daşlarından biridir. 
5 Element Pagoda evinizi dava-dalaşlardan qoruyacaq və enerjinizin azalmasına mane olacaq. Cəbundan gələn enerji ilə yolunuza daha sağlam addımlarla davam edəcəksiniz. 

Hz. Fatma’nın Əli (Hamse) 

Müsəlman ölkələrində çox işlədilən bu simvolun insanları pis nəzərdən qoruduğu söylənilir. Deyilənlərə görə, Hz. Məhəmmədin qızı Fatma həyat yoldaşı Hz.Əlini başqa bir qadınla görər. Sonra mətbəxə gəlib odda bişirdiyi halvanı çaşqınlıqdan əli ilə qarışdırmağa başlayar. Hz.Əli bunu görən kimi Fatmanın əlini halvadan çıxarar. Fatmanın əli o vaxtdan sədaqət və səbir rəmzi olur. Eyni zamanda nəzərdən qoruduğuna və uğur gətirdiyinə də inanılır. Fatmanın əli ərəblərdə “Hamsə əli”, Hindularda “Humsa əli”, Musəvilərdə isə “Hameş əli” 
adlandırılır. 

Göz müncuğu 

Göz muncuğu da yenə müsəlman ölkələrində nəzərdən qorunmaq üçün istifadə edilən simvoldur. Deyilənlərə görə, göz muncuğu nəzərdən, pisliklərdən, bəladan qoruyur və uğur gətirir. 

Göz muncuqları adətən göz şəklində düzəldilir. Çünki göz duyğuların ilk çıxış nöqtəsidir. Həyata açılan pəncərədir. Baxışlardan qorunmaq üçün gözün ortasına pisliyi özünə çəkdiyi düşünülən mavi daş yerləşdirilib.

ŞƏRH YAZIN