Sübhdən seks – faydaları

0
6763
Sübhdən seks – faydaları

Yazılmamış qanunlar var. Hansılar ki, onlar təsadüf ola bilməz. Məsələn, Yer qanununa diqqət yetirin. Haraya getməyinizə baxmayaraq, «Bıy, sən burda nə gəzirsən» deyilir. Heç rastlaşmamısınızmı?!

Görünmə qanunu — Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.

İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.

Məktub qanunu — Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.

Avtomobil tıxacı qanunu - Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.

Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.

Bəhanə qanunu — Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.

Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.

Nəticə qanunu — Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.

Kan aksiomu — Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.

Məhsul qanunu — Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN