İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.
* * *
Dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirə bilir.
* * *
Dünyada baş verən 7 oğurluqdan yalnız birinin üstü açılır.
* * *
Dünyanın heç bir dilində dizin arxa hissəsinin adını verən bir söz yoxdur.
* * *
ABŞ əhalisinin yalnız 55%-i Günəşin ulduz olduğunu bilir.
* * *
Qayçını Leonardo da Vinçi icad edib.
* * *
Son 4 min il ərzində insan hər hansı bir yeni heyvan növünü əhliləşdirməyib.
* * *
Dünyada hər 2 dəqiqədən bir zəlzələ baş verir.
* * *
Normal insanın yuxuya getməsi üçün orta hesabla 7 dəqiqə vaxt tələb olunur.
* * *
“İspaniya” “dovşanlar torpağı” kimi tərcümə olunur.
* * *
Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.
* * *
Çirkli qar təmiz qardan tez əriyir.
* * *
Arıların 5 gözü olur.
* * *
Dinamitin hazırlanmasında yer fındığından istifadə olunur.
* * *
Tarixdə ilk odekolon taun xəstəliyinə qarşı profilaktik vasitə kimi istifadə edilib.
* * *
Las-Veqas kazinolarında saat olmur.
* * *
Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Təbii ki, bədəni ilə müqayisədə.
* * *
Qəhvə ilə özünə qəsd etmək fikrinə düşən insan, dalbadal 100 fincan qəhvə içməlidir.
* * *
Məşhur nağıl yazarı Hans Xristian Anderson demək olar ki, bir sözü belə savadlı yaza bilmirmiş.
* * *
Bazar ertəsi günləri 25% bel travması və 33% ürək tutması halları daha çox baş verir.
* * *
Hər gün dünyada orta hesabla 33 yeni məhsul buraxılır, bunların 13-nü isə oyuncaqlar təşkil edir.
* * *
Orta hesabla insan həyatının iki həftəsini işıqforun rəngini dəyişməsini gözləməyə sərf edir.
* * *
İnsan çay içməyə daha tez vərdiş edir, nəinki narkotikə.
* * *
Tualet kağızı 1857-ci ildə icad edilib.
* * *
Ağcaqanadları yenicə banan yemiş insanın ətri cəlb edir.
* * *
Xokkey şaybasının atılma sürəti saatda 160 km. çata bilər.
* * *
Neandertalın beyni müasir insanın beynindən böyük olub.
* * *
Orta statistik hesabla bankomat il ərzində 250 dollar səhv hesablayır – müştərilərinin xeyrinə.
* * *
Xristofor Kolumb sarışın olub.
* * *
Pinqvin üç metr yüksəkliyə tullanmağa qadirdir.
* * *
863-cü ildə Jül Vern “XX əsrin Parisi” adlı kitab yazıb.
O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri,
faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib.
Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.
* * *