Qonaq otağınızdan başlaya biləcəyiniz 5 iş ideyası

0
1762
 Qonaq otağınızdan başlaya biləcəyiniz 5 iş ideyası

Evdə rahatlıqla görüləcək işlər

Texnalogiya sayəsində, dünyamız getdikcə bir-birinə bağlı hala gəldi və yüzlərlə fərqli potensial iş ideyeası ortaya çıxmağa başladı. Bu gün uğurlu bir təşəbbüskar olmaq üçün birdən çox gəlir mənbəyi yaratmaq məcburiyyətində qala bilərik. Təşəbbüs etmək və fərqli sahələrdə yeni işlərə başlamaq artıq bir çox təşəbbüskarın xəyalına çevrilmişdir. Özlərinə çox yük etməyərək gəlir mənbələrini artıranlar, uğur şanslarını zəmanət altına alamğa köməklik göstərirlər.
 
Bu səbəbdən, işlədiyiniz halda gəlirləriniz sizə kifayət etmirsə və ya yeni işlərə marağınğz varsa, qonaq otağınızdan başlaya biləcəyiniz beş iş ideyasını gözdən keçirə bilərsiniz:
 
1-Bir Blog Başladın
Yeni bir blog başladarkən ən əhəmiyyətli qayda, yaxşı bir oxucu kütləsi çəkən popluyar bir mövzu seçməkdir. Təhsilli bir yazıçınızsa, bu çox çətin olmamalıdır. Bundan başqa, məzmunu sizin üçün yazmaq istəyən bir çox mətn yazanlardan da faydalana bilərsiniz. Blogunuzu mütəmadi olaraq izləyən kütləni düzgün bir məzmunla kəşf edə bilərsiniz. İnternetdəki sözlərin dəyəri normal həyatdakı sözlərdən qat-qat yüksəkdir. Bununla bağlı qısa bir misal verək. Karavan (qoşqu ev) qiymətləri ölkəmizdə ayada 15 min dəfə axtarılan bir sözdür. Bu mövzuda başladılan popluyar bir blog, karavan pərəstişkarlarının diqqətini çəkəcəkdir. Gündəlik izləyiciləriniz çoxaldıqda karavan firmalarından biri ilə razılığa gələrək blogunuzdan pul qazana bilərsiniz.
 
2-Amazon gəlir, hazırlaşın
“Amazon Türkiyəyə gəlir” xəbərlərinə tez-tez rast gəlmisiniz. Amazon, dünyanın ən tanınmış e-ticarət saytlarından biridir. Amazon bizim ölkəmizdəki e-ticarət saytları kimi dar düşüncəyə və yalnız biz qazanaq düşüncəsinə sahib olan bir firma deyil. Buna görə də sahibi dünyanın ən varlı insanı titulunu daşıyır. Amazonun gəlirini paylaşdığı bir çox ortaqlıq proqramı vardır. Bu proqramlardan Amazon Türkiyəyə gəlincə bəhs edəcəyik. Çünki, Amazon hər ölkəyə görə ayrı bir gəlir proqramı hazırlayır. Amazon Animasiya Reklamları, Online Satış, Amazon Associates (web saytınızda Amazon məhsullarını satmaq), Amazon Sponsorlu Məhsulları, Kindle Birbaşa Yayımçılq və Amazon Appstore bunlardan bir neçəsidir.
 
3-Online dil müəllimi
Dünyadakı hər hansı bir insanla canlı bağlantı yaradan Skype kimi xidmətlər, online dil müəllimləri üçün bir bazar yaratdı. Ana dilində danışanlar, istəkli tələbələrlə əlaqələndirilərək dil dərsləri təklif edən bir çox təşəbbüs ideyası var. Bu saytların çoxu, tələbələrinizin dilini danışmağı tələb etmir. Bu saytlardan birinə qatılın və bir neçə ay müəllimlik edin. Bu, müəllim kimi təcrübə və etibar qazanmağınızı təmin edəcəkdir. Bundan sonra saytdan ayrılın və öz dərslərinizi başladın. Bu öz proqramınızı və qiymətinizi müəyyən etməyinizə fürsət verəcəkdir. Bunun sayəsində, müxtəlif ölkələrdə əhatəniz yaranmağa başlayacaqdır.
 
4-Tərcüməçilik etmək
Bir xarici dili mükəmməl bilirsinizsə, deməli tərcümə edə biləcəyiniz bir çox müştəriniz var. Öyrəndiyiniz dilə nə qədər dərindən bələd olsanız, başqalarından fərqli yaza bilsəniz bu sektorda iş tapmağınız bir o qədər asan olar. Tərcümə saytlarından tutmuş web master saytlarına qədər bir çox insan bu sahədə iş verir. Tərcüməçilk etmək sadəcə sizə verilən mətn üzərində araşdırma aparmaq deyil. Araşdırma xaricində bu mövzuya bir şeylər əlavə edə bilməlisiniz. Bunu edənlər həm digər tərcüməçilərdən daha çox pul qazanır, həm də daimi iş tapa bilirlər. Təbii ki, hər mövzuda biliyə malik ola bilməzsiniz, amma tərcümə metodlarınızı inkişaf etdirsəniz bunun öhdəsindən gələ bilərsiniz. Numunə kimi tərcümə edəcəyiniz qısa bir mövzuya orijinallq əlavə etməyiniz istnilərsə, o mövzunu 4-5 fərqli məqalədə araşdırmalısınız. Bunun sayəsində, mövzunun məzmununa baxış bucağınız inkişaf edər və daha yaxşı yazılar yaza bilərsiniz.
 
5-Ticarət kriptovalyuta vahidləri
Kriptovalyuta son zamanlarda ən çox istifadə edilən terminlərdən biridir. Dünyanın bir çox yerindən insanlar pul qazanmaq üçün kriptovalyuta əməliyyatlarını araşdırırlar. Coinmarketcup’ın dəllilərinə görə hazırda bazarda 1556 ədəd kriptovalyuta işlədilir. Ən çox bilinən Bitcoin’dən, ən az bilinən Monero Gold’a qədər kriptovalyutalar tez bir zamanda pul qazanmaq istəyənlərin seçimidir. Bu sahədə iş görmək istəyənlərə ciddi xəbərdarlıq etmək lazımdır. Bitcoin’in sürətli yüksəlməsi və qəfil aşağı enməsindən dərs almalısınız. Ən yaxşısı kriptovalyuta bazarında çox araşdırma aparmaq və bu iş haqqında forumlarda və xəbərlərdə çıxan məlumatları mütəmadi olaraq oxumaq lazımdır. Bundan əlavə, investisiya üsulları barəsindəki tövsiyyələrə qulaq asmaq və düzgün qərarlar verməyiniz tələb olunur. Əgər texniki terminləri başa düşmürsünüzsə və texnalogiya sahsində biliyiniz zəifdirsə, bu işə heç qoşulmayın. Birja, Forex kimi sahələrdə yüksək təcrübələriniz olubsa, deməli bu bazarı bilirsiniz.
Bir sözlə, iş ideyaları bir çox yerdə vardır. Bunları qonaq otağınızdan da icra edə bilərsiniz. Sadəcə diqqət yetirməniz məsələ ondan ibarətdir ki, hər hası bir işə başlasanız, gərək bir iş planınız olsun və iş saatlarınızı nizamlayın. İş həyatında intizamlı olmaq hər zaman yaxşıdır. 
 

Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN