Bunları bilmək maraqlıdır!!!

0
3070
Bunları bilmək maraqlıdır!!!

 Fransanın paytaxtı Parisdə mağazalardan biri xüsusi oyuncaq qutularda subay kişiləri satışa çıxarıb. Bu ideyanın müəllifi Fransanın tanışlıq saytlarından biridir. Mağazada satılan subay kişilər isə bu internet resursunda qeydiyyatdan keçmiş istifadəçilərdir. Arzu edənlər onları saytın siyahısında tapa və tanış ola bilərlər. Vitrinlərdən kişiləri seçmək və mağazanın restoranında da söhbət etmək mümkündür. Təşkilatçılar bildirir ki, onların ideyası işə yarayır: ən azından bir neçə qız mağazanı kavalerlə birlikdə tərk edib. Yeri gəlmişkən, qadınlara bildirilib ki, onlar tələssələr yaxşı olar, çünki 10 gündən sonra mağazada subay kişilərin satılması kampaniyası başa çatacaq.


******

Çinli Vang Hongjun maşın sürməyi və balıq tutmağı çox sevdiyi üçün ömrünün 13 ilini onu ən sevdiyi balıq tutma ərazilərinə apara bilən bir maşın hazırlamağa sərf etmişdi. Usta balıqçı həm suda, həm də quruda hərəkət edən maşını hazırlamaq üçün 200,000 dollar pul və 13 il vaxt sərf etdiyini söyləmişdir.

******

Argentinada "Kapitan" ləqəbli it 6 ildir sahibinin məzarının yanında keşik çəkir. Bu maraqlı hadisə Migel Qusman adlı şəxsin 2005-ci ildə həmin iti alaraq oğluna hədiyyə etməsindən sonra başlayıb. Qusman 2006-cı ildə öldükdən sonra it evdən qaçıb. "Kapitan"ı müəyyən müddətdən sonra Qusmanın məzarının yanında aşkar edənlər xeyli təəccübləniblər. Çünki it sahibinın məzarını sırf daxili instinkt hesabına tapa bilib. İt səhər saatlarında çöldə dolaşsa da, gecə vaxtları məzarın yanından ayrılmır.

******

Avropanın Amsterdam, Paris, Bryussel, Barselana, Budapeşt, Madrid və daha başqa böyük şəhərləri bu unikal restorana sahibdirlər.7 tonluq platformadan ibarət olan belə restorana 22 nəfər müştəri və 4 nəfər işçi heyəti yerləşir.Restoran dəqiq saat üzrə qalxır və enir.Alman standartlarına əsasən hazırlanmış platformaların təhlükəsizliyinə 100 % zəmanət verilir.Əsasən küləksiz havada işləyən belə restoranda yemək yemək yəqin ki,maraqlı olar. 

*******

360 kq çəkiyə malik olan amerikalı Suzanna dünyanın ən geniş gəlinliyini geyinməyə hazırlaşılr. O, toy edərək dünyanın ən kök gəlini ünvanını ələ keçirməyə hazırlaşır. “Bəyaz bir gəlinlik geyinmək istəyirəm. Ancaq yemək yeyəndə üstümə bir şey tökəcəyimdən qorxuram. Nişanlım çox ləziz yeməklər hazırlayır. O, mənə kökəlməkdə kömək edir”, - deyə Suzanna Eman bildirib.

******

5 yaşındakı Cənubi Koreyalı qız Yoo Ye-eu anadan kor olaraq doğulmuş və valideynləri tərəfindən tərk edilmişdi. Həyatında heç musiqi dərsi almamış bu balaca qız 3 yaşından bəri yalnız bir dəfə eşitdiyi musiqini pianinoda ifa edə bilir.

ŞƏRH YAZIN