Dejavu Yaşamısınız?

0
2552
Dejavu Yaşamısınız?

Bəzən eyni bir hadisəni təkrar yaşayırıq kimi hiss edirik. Ya da ilk dəfə getdiyimiz yerdə sanki daha əvvəllər olmuş, hər nöqtəsinə yaxşı bələdik kimi fikirlər keçir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına "Dejavu" deyilir.

"Dejavu" daima nevroloqların diqqət mərkəzində olmuş və bu gün də tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil – dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN