Deyl Karnegi Sözləri!

0
12646
Deyl Karnegi Sözləri!

1. Uğursuzluğunuzla uğurlarınızı inkişaf etdirin. Məyusluq və uğursuzluq uğura aparan ən etibarlı iki pilləkəndir.

2. Xoşbəxtlik heç bir xarici vəziyyətdən asılı deyil, o bizim ruhi münasibətimiz tərəfindən idarə edilir.
 
3. İnsan təbiəti haqqında bildiyim ən faciəvi şey odur ki, bizim hamımız yaşamağı təxirə salmağa meyl edirik. Belə ki, biz pəncərəmiz önündə çiçəkləmiş qızılgüldən həzz almaq əvəzinə hansısa uzaq bir yerdə sehrli qızılgül bağını xəyal edirik.
 
4. Özünüzə və hazırkı vəziyyətinizə təəssüflənmək təkcə enerjinizin boş yerə itməsi deyil, eləcə də malik olduğunuz ən pis vərdişdir.
 
5. Əgər qorxuya qalib gəlmək istəyirsinizsə, evdə oturub qorxu barədə fikirləşməyin. Evdən çıxıb bir işlə məşğul olun.
 
6. İstədiyin nəyisə əldə etmək uğur hesab edilir. Xoşbəxtlik isə əldə etdiyin həmin şeyi arzulamaqdır.
 
7. Əgər yata bilmirsinizsə, yataqdan qalxın və boş yerə çarpayıda uzanmaqdansa bir işlə məşğul olun. Siz yuxuya getməyəndə yuxusuzluğa yox, narahatlığa düçar olursunuz.
 
8. Hərəkətsizlik şübhə və qorxu, hərəkət isə inam və cəsarət "yetişdirir".
 
9. İnsanlarla ünsiyyət qurarkən unutmayın ki, qarşınızdakı varlıq emosional valıqdır, ağıllı varlıq yox.
 
10. İnsanlar çox az hallarda etdikləri bir işə lağ olunmamışdan əvvəl uğur qazanırlar.
 
11. Sənin nəyə malik olmağın, harada olmağın, hansı işlə məşğul olmağın hələ sənin kim olduğunu bildirmir. Sən nə barədə düşünürsənsə osan.
 
12. Bəzən bizi iş yox, narahatlıq və narazılıq yorur.
 
13. Uğur qazanan insan öz səhvlərindən də faydalanır və öz səhvlərini başqa yolla sınaqdan keçirir.
 
14. Həyatdan bezmisiniz? Həyat sizi yorub? Elə isə bütün varlığınızı ürəkdən inandığınız bir işə sərf edin və o iş üçün yaşayın, qurban verin, bax onda siz xoşbəxtliyi əldə edəcəksiniz - bir vaxt əlçatmaz hesab etdiyiniz xoşbəxtliyi!
 
15. Unutmayın ki, xoşbəxtlik sizin nəyə malik olduğunuzdan asılı olan bir şey deyil, o sizin nə düşündüyünüzdən asılıdır.
 
16. Qorxu sizin düşüncənizdən başqa heç bir yerdə mövcud deyil.
 
17. Dünya ilə əlaqə qurmağın dörd yolu var, yalnız və yalnız dörd yolu. İnsanlar buna görə qiymətləndirilir və buna görə təsnif edilir: biz nə edirik, biz necə görünürürk, biz nə deyirik və necə deyirik.
 
18. Şansdan istifadə et! Həyat özü şansdır! Kim ki uğur qazanıb və daha uzağa gedir, o nə etdiyini bilib onu etməyə cəsarət edəndir.
 
19. Əvəlcə özündən soruş ki, həyatında baş verə biləcək ən pis şey nədir? Və qabaqcadan onu qəbul etməyə hazırlaş və onu daha da pisləşməyə doğru inkişaf etdir.
 
20. Tale sizə limon verirsə, ondan limonad hazırlayın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN