Online Pul Qazanmağın Yolları

0
3015
Online Pul Qazanmağın Yolları

Sizə online pul qazanmaqla bağlı ən əhatəli siyahını təqdim edirik. Freelance işlərindən internet saytı satışına qədər nə axtarsanız bu siyahıda var. Öz işinizi qurmaq və online bizneslə məşğul olmaq istəyirsinizsə, məqaləmizi oxumağa davam edin. 


Freelance işlər. 

Freelance işləri ilk sıraya qoyduq, çünki sıfır sərmayə ilə elə bugündən başlaya biləcəyiniz bir sürü freelance iş fürsəti vardır. 

Yazıçılıq: Blog yazıları, məqalələr, e-kitablar, çaplı kitablar, broşurlar, qəzetlər, tanıtım yazıları, şəxsi hesabatlar, qablaşdırma məlumatları, reklam mətnləri və media başlıqlarını əhatə edir. 

Qrafik dizayner: Web dizayner, mətbəə dizaynları, qablaşdırma,infoqrafiya, logolar, videoqrafiya və kartvizit dizaynları.

Proqramlama: WordPress, HTML5, Ruby on Rails, mobil proqramlar, WordPress əlavələri, WordPress temaları, e-ticarət, Joomla və MySQL.

Müştəri xidmətləri: Məlumat vermək, katibəlik, müştəri xidmətləri, internet araşdırmaçısı, telefon mərkəzi təmsilçiliyi, mühasibat.

Elektin bazarlama: SEO ( axtarış vasitəsi optimazisiyası), PPC (tıklama başına ödəmə) hesab növü, sosial mediya (xüsusilə YouTobe və Printerest), satış reklam yazarlığı, internet saytı dəyişdirmə optimazisiyası, satış, e-poçt bazarlama, PowerPoint  təqdimatları, xalqla münasibətlər, bolgger yardımları və müvəqqəti yazarlıq  xidmətləri.

Tərcümə: İngiliscə, Çincə, İspanca, Portuqalca və yaponca hal-hazırda ən çox məşhur dillərdir. Bununla birlikdə hansı dildə danışdığınızın fərqi yoxdur. Bacarıqlı və təcrübəlisinizsə tez-tez iş tapa bilərsiniz. 

Affiliate (satış ortaqlığı) bazarlama.

Online pul qazanmaq üçün mütləq ki məhsulunuzun olması lazım olduğunu kim dedi? Ən yaxşı affiliate satıcılar digər insanların məhsullarını tövsiyyə edərək daha artıq  gəlir əldə edirlər. Affiliate satıcılığın ən yaxşı tərəfi peşəkar olmadan və ya məhsul istehsal etmək məcburiyyətində qalmadanqısa zamanda pul qazana biləcək olmanızdır. İnsanlara maraqlandıqları məhsullar və ya xidmətlərlə əlaqədar linkler təqdim edin. Bu insanlardan məhsul və ya xidmət alan olarsa, siz də hər satışdan gəlir əldə edəcəksiniz. 

Bunu ağlınızdan çıxarmayın ki, bazara daxil olmaq asandır və gəlir miqdarları yüksəkdir, lakin affiliate satıcılıq olduqca rəqabətcildir. 

Əl işi məhsulları, sənət əsərləri və digər əl bacarıqları lazım bilən məhsullardan satın. 

İnsanlar davamlı olaraq istehsal edilən və hər kəsdə olan dəyərsiz məhsulları almaqdan bezdi və sıxıldı. Günümüzdə alıcılar əldə hazırlanmış və oxşar olmayan məhsullar üçün pul xərcləməkdən çəkinmirlər. Hörgü, sənət və əl işi məhsullar və ya əldə hazırlanmış bəzək əşyaları hazırlamasında bacarıqlısınızsa, məhsullarınızı sata biləcəyiniz və pul qazana biləcəyiniz bir sürü online bazar vardır.

CPA (iş başına ödəmə) bazarlaması.

CPA, affiliate satıcılığın daha az tanınan qazanc modellərindən biridir. İkissi arasındakı tək fərq CPA`da iş qurtardığında ödəniş alacaq olmanızdır. Məsələn, məhsul satışı, bir internet saytına üzvlük və ya sizin üçün önəmli olan bir formanın doldurulması işləmi ola bilər. Doğru yerinə yetirildiyi halda CPA çox gəlirlidir. 

Video bazarlama.
Şübhəsiz ki, video bazarlama ən böyük iş fürsətlərindən biridir. YouTube kimi video paylaşılan və video izlənən bir platformanın meydana gəlməsi ilə sadəcə YouTube videoları ilə tam zamanlı maaş qazanmağa başlayan insanlar yarandı. Video bazarlamanın sirri izləyicilər üçün böyük dəyər yaradacaq videolar təqdim etməkdir.

YouTube`sa sadiq izləyiciləriniz varsa, hər yerdən izləyici çəkə bilərsiniz.

İnternet saytı satışı.
Sayt satışı insanları zəngin edən yeni online pul qazanma yollarından biridir. Qısa şəkildə desək bir açar söz tapırsınız, buna uyğun domen (sahə adı) alırsınız, məlumatlar daxil etməyə başlayırsınız və yetərli ziyarətçi sayına çatdığınızdan sonra mailiyyətinizin 100 qatına saytı satırsınız. Nə qədər çox izləyiciniz olarsa, o qədər çox qazanc əldə edərsiniz.

Blog.
Maraqlarınızı qazanca çevirmək istəyirsiniz? O zaman bir blog açın. Lakin bunu unutmayın ki, blog açmaq milyaner olmaq mənasına gəlməz. Uğurlu bloggerlərin hekayələrini oxumusunuzsa, hal-hazırki olduqları yerə gəlmək üçün nə qədər çox çalışdıqlarını fərq edərsiniz. Blog işində önəmli olan sevdiyiniz bir mövzu haqqında yazmaqdır və əks təqdirdə məlumat tapmaqda çətinlik çəkəcəksiniz. 

Sual və cavab saytları.
Bəzən axtarış vasitələri yetərli olmaz. Bu nöqtədə sual-cavab saytları meydana daxil olur. Birinin bir mövzu haqqında cavablanması lazım olan bir sualı olduğunda ehtiyacı olan cavabı almaq üçün bu saytlara daxil olar. Hər hansı bir mövzuda peşəkarsınızsa, suallar cavablayaraq pul qazana bilərsiniz.

Ödənişli anketlər. 
Ödənişli anketlər online pul qazanmağa başlamanın ən asan yoludur. Bununla birlikdə tam zamanlı maaş şansınız yoxdur. Lakin əlavə pul qazana bilərsiniz. 

E-poçt bazarlama.
İnternet satıcılarının sahib olduğu ən dəyərli varlıq geniş e-poçt listləridir. Tıxac alan bir internet saytınız varsa və saytınıza banner reklamlar yerləşdirməkdən çəkinirsinizsə bunun yerinə əlinizdəki ən dəyərli varlığı, e-poçt listinizi istifadə edə bilərsiniz. 

Üzvlük saytı açın.
Online bazarlar üçün aylıq olaraq dəyər yarada biləcəksinizsə, o zaman bir üzvlük saytı aça bilərsiniz. Üzvlük saytlarının ən yaxşı tərəfi aydan aya təkrarlanan gəlir əldə edə biləcək olmanızdır. Bununla birlikdə üzv qazanmaq və üzvləri əldə saxlamaq üçün hardasa gündəlik dəyişən möhtəşəm bir dəyər yaratmağınız lazımdır.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN