Dilənçiliklə qazandıqlarını xeyriyyəçiliyə xərclədi

0
4054
Dilənçiliklə qazandıqlarını xeyriyyəçiliyə xərclədi

98 yaşlı bolqar kəndli olan Bailovo sakini Dobri adlı qoca hər gün 10 km-ə qədər məsafəni qət edərək Sofiyaya gəlir. O burada dilənçilik edir.

2010-cu ildə Müqəddəs Aleksandr Nevski kilsəsi haqqında çəkilən sənədli filmdə jurnalist öz araşdırmalarında belə bir faktın şahidi oldu. Kilsəyə ən böyük yardımı məhz bu qoca kişi edibmiş – nə az, nə çox düz 40.000 euro. Axı belə bir şey necə mümkün ola bilərdi?!
Sən demə, Dobri adlı bu qoca heç də dilənərək yığdıqlarını özü üçün istifadə etmir. O,100 euroluq təqaüdü ilə dolanır. Dilənərək yığdığı pulları isə xeyriyyə işləri üçün bir kənara qoyur.
O , eyni zamanda uşaq evinin kommunal xərclərini ödəyir və evsizlərə yardım edir.
 

ŞƏRH YAZIN