Diogen çəndə yaşayıb?

0
4134
Diogen çəndə yaşayıb?

Rəvayətlərə görə, dünya malında gözü olmayan, dünya malının, naz-nemətinin heç birinə gözünün ücü ilə belə baxmayan qədim yunan filosofu Diogen ömrü boyu çənin içində yaşayıb.


Filosof  bununla ətrafdakılara sübut etməyə çalışıb ki, bu dunyanın malı elə bu dünyada da qalacaqdır. İnsan bu dünyada evsiz, malsız, mülksüz də yaşaya bilər və bununla belə insan özünü xoşbəxt hesab edə bilər.

Rəvayətlərə görə, guya Diogen çəndə yaşayıb. Əslində isə bu heç də belə deyil. Çünki Diogenin zamanında Yunanıstanda çən deyilən bir şey tanımırdılar və belə bir şey onların məişətində istifadə edilmirdi. O zamanlar “pifos” deyilən iri gil qablar olurdu. Bu gil qablar 1,5*2 metr ölçülü olurdu. “Pifos” gil qablarını qədim Yunanıstanda yerə basdırardılar və taxıl saxlamaq üçün istifadə edərdilər. Həmin iri gil qablarının birini də Korinf şəhərinin mərkəzi meydanında qoyub, Diogen özü üçün “ev”  kimi istifadə edirmiş.

Deyilənlərə görə, Diogen daima “ev”inin içində və ya “ev”inin yanında oturar və gəlib-gedənlərin hamısına məsləhətlər, nəsihətlər verər, müxtəlif ibratəmiz rəvayətlər danışar, məsəllər gətirərmiş. Beləliklə də, Diogen yavaş-yavaş bir filosof  kimi məşhurlaşmağa başlayır və yerli əhalidən əlavə, digər məmləkətlərdən də onun yanına məsləhət almaq üçün gələnlər də az olmurdu.

Diogenin adı dünyanın bir çox ölkələrində bir filosof, bir müdrik kimi tanınan zamanlarda əfsanəvi Makedoniyalı İsgəndər  o dövrün ən məşhur filosof və müdriklərindən sayılan Doigenlə şəxsən görüşmüş, saatlarla söhbət etmiş və oradan xoş təəssüratlarla ayrılmışdır.

Diogenin müdrik sözləri, haqqında söylənilən ibratəmiz rəvayətlər dünyanın hər yerinə yayılmış və indiyədək də bu müdrik kəlamlar dillər əzbəridir. Buna misal olaraq:

Belə rəvayət edirlər ki, Diogen həmişə gündüzlər əlində fənər şəhəri gəzib dolaşarmış. Filosofdan soruşurlar ki, gündüz vaxtı fənərlə niyə şəhəri dəzib dolaşırsan? Diogen cavab verir ki, - “ adam axtarıram”... Diogen haqqında söylənilən neçə-neçə belə rəvayətlər dillər əzbəridir.
 

ŞƏRH YAZIN