Dırnaq Yemək Nəyin Əlamətidir?

0
4109
Dırnaq Yemək Nəyin Əlamətidir?

Dırnaq yemək sən demə, can sıxıntısı, özgüvənin olmaması və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin göstəricisidir. 

Bununla bağlı fikir yürüdən psixiatorlar probleminin düşünüldüyündən daha ciddi bir problem olduğunu açıqlayıb. Dırnaq yemənin insandakı sıxıntıdan xəbər verdiyini vurğulayan mütəxəssislər "dırnaq yemə insanların həyat keyfiyyətini aşağı salan bir çox narahatlığın əlaməti ola bilər" fikrini irəli sürüb. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar bunun özgüvən əskikliyi və keçmişdə yaşanan hər hansı neqativ hadisə ilə əlaqələndirir.

İnsanların dırnaq yemə vərdişindən xilas olması üçün acı dodaq boyası ya da taxılma dırnaq kimi yollara əl atıldığını xatırladan mütəxəssislər "dırnaq yemə kiçik bir sıxıntıdan psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti sayıla bilər. Qardaşını qısqanmaq və yalnızlıq hissi bu problemin ən önəmli başlanğıc nöqtəsi ola bilər" deyib.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN