Dondurma

0
1815
Dondurma

Bu dəfəki yazımız yay aylarının vazkeçilməzi olan dondurmalarla bağlıdır. Dondurmalarla bağlı bilmədyiniz maraqlı məlumatları sizə təqdim edəcəyik:

Bizim eradan 3000 il əvvəl

Qədim Çin. Birinci dondurma hazırlanıb. İmperatorun saray aşpazları hökmdarı tərkibində portağal dilimləri və nar dənələri olan buz və südün qarışığı ilə yedizdiriblər.

Bizim eradan 380 il əvvəl

“Tibbin atası”, yunan həkimi Hippokrat ilk dəfə məhsulun faydasını vurğulayıb. O, xəstələrə dondurulmuş krem yeməyi tövsiyə etmişdi. Onun fikrincə, belə krem əhvalı yaxşılaşdırır.

Bizim eradan əvvəl 4-cü əsr

Makedoniyalı İsgəndəri dondurmaya qonaq etmək üçün xüsusi kölə estafetləri düzənlənirdi, onlar qaçaraq dağ buzlaqlarından buz gətirirdilər.

1295-ci il

İtaliya səyyahı Marko Polo Çindən Avropaya meyvə dondurmasının reseptini gətirib.

1850-ci il

ABŞ-ın on ikinci prezidenti Zakari Teylor vəfat edib: o, isti gündə xeyli dondurma yemişdi. İlk dəfə olaraq dondurmanın zərərləri haqqında söhbətlərə başlanılıb.

1950-ci illər

Britaniya alimlərindən ibarət qrup (onların arasında gənc Marqaret Tetçer də olub) “yumşaq dondurma”nın əldə edilməsi üsulunu tapıblar. Özünə karyera quran xanım sonradan siyasətlə məşğul olmağa başlayıb.

1990-cı illər

Ukraynada tərkibi donuz piyindən ibarət dondurma istehsalına başlanılıb.

2001-ci il

Alman alimləri dondurmanın bir sıra faydalı xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, o, orqanizm tərəfindən seratonin maddəsinin hazırlanmasını stimullaşdırır. Sözügedən maddə stress və depressiya ilə mübarizədə faydalıdır, əsəbi gərginlik və yorğunluğu aradan qaldırır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN