Dostluq ...

0
3022
Dostluq ...

 - Müharibə igidi, qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir. (Atalar sözü)


- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun. (Jül Renar:Fransız yazıçısı)

- Dostlar müxtəlif bədəndə bir ruhdurlar. (Hz.Əli ə.s.)

- Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)

- Dostluğun birinci şərti etibardır. (Jan Labrüer:Fransız yazıçısı və filosofu)

- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir (Harold Laski:İngilis siyasətşünası)

- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır. (Mari Fransua Arue Volter:Fransız filosofu)

- Dost rahatlıq verən bir məlhəmdir. (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)

- Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir. (Onore De Balzak:Fransız yazıçısı)

- Evin qiyməti ora gələn dostlardan bilinər. (Ralf Emerson:Amerika şairi və filosofu)

- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. (Əmir Teymur:Orta Asiya dövlət xadimi,sərkərdə,əmir)

- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. (Karl İmmerman:Alman şairi)

- Dostu olmayan bu dünyada qəribdir. (Jozef Köhler: Alman şairi)

- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun. (Pifaqor:Yunan riyaziyyatçısı və filosofu)

- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur. (Plutarx:Yunan filosofu və yazıçısı)

- Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidir. (Roman Rollan: Fransız yazıçısı)

- Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır. (Jan Batist Sey:Fransız iqtisadçısı)

- Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.  (Sokrat:Qədim Yunan filosofu)

- Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar. (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)

- Dostluq ömrün sonunadək boy atan bir ağacdır. (Corc Vaşinqton:ABŞ-ın ilk prezidenti)

- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)

- Dost insanın ikinci özüdür. (Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi və natiqi)

- Eyibsiz dost axtaran axırda dostsuz qalar. (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)

ŞƏRH YAZIN